Paytaxt məktəblərinin I sinfinə qəbul üçün elektron sistem vasitəsilə 37 min 598 uşaq üzrə sorğu yerləşdirilib.
Bu barədə “Tehsil365”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, I siniflərə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4269 müraciət operativ şəkildə cavablandırılıb. Müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3672-si elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb, valideynlərə müvafiq dəstək göstərilib. Həmçinin 524 valideyn 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Qəbul elektron qaydada mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.

