2026-cı ildə keçirilən müəllimlərin təkrar sertifikatlaşdırılması prosesində 2002 müəllim iştirak edib.
Bu barədə “Tehsil365”-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Təkrar sertifikatlaşdırma əvvəlki mərhələdə minimum keçid balını toplaya bilməyən müəllimlər üçün təşkil olunub.

