Təhsil 365 - Logo Mobile

Bakı Ali Neft Məktəbinin 10-cu Məzun Günü keçirilib

14813.07.2026 - 10:48
Bakı Ali Neft Məktəbinin 10-cu Məzun Günü keçirilib

Bakının Gülüstan Sarayında Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu Məzun Günü keçirilib.

“Tehsil365” xəbər verir ki, yubiley Məzun Günündə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara uğurlar arzulayıb, tövsiyələrini verib.

Rektor qeyd edib ki, BANM-də təhsil aldıqları müddətdə yüksək bilik və bacarıqlara yiyələnən məzunlar həyatlarının növbəti mərhələsinə peşəkar kadr kimi qədəm qoyurlar. Builki məzunların da artıq bir qisminin çalışdığını, bir qisminin dünyanın nüfuzlu universitetlərinə qəbul olduğunu, təqaüd qazandığını vurğulayan rektor onların gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva da məzunları təbrik edərək qeyd edib ki, Ali Məktəbin məzunlarının əldə etdiyi nailiyyətlər BANM-in fəaliyyətə başladığı gündən peşəkar kadrlar hazırlamaq missiyasını uğurla həyata keçirdiyini bir daha sübut edir.

Elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov da məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Məzunlar adından Biznesin idarə edilməsi ixtisasının məzunu Maya Kərimova, əcnəbi tələbələr adından Özbəkistan universitetləri ilə ikili diplom proqramından məzun olan Elvira Maminova və Xilola Nurumbetova təəssüratlarını bölüşüblər. 
 
Daha sonra 2026-cı il məzun buraxılışı üzrə BANM-in birincisi - “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərova adını Fəxri kötüyə həkk edib.Tədbir məzunlara diplomların  təqdim olunması və  bədii hissə ilə davam edib.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 218, magistratura səviyyəsindən 189 nəfər olmaqla, ümumilikdə 407 tələbə məzun olur. Bakalavr məzunlarından 59-u, magistratura məzunlarından isə 28-I Ali məktəbi fərqlənmə diplomu ilə bitirir. 

Bu il Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları üzrə ilk məzun buraxılışı həyata keçirilir. Bununla yanaşı ilk dəfə olaraq Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsindən 16 özbəkistanlı tələbə də məzun olur.

Builki BANM məzunları arasında Özbəkistan, Rusiya, Somali, Yəmən, Gürcüstan, Banqladeş və Qazaxıstandan olan 23 tələbə də yer alır.

Amin Cavayev

Xəbər Lenti

“Motosiklet qəzalarının səbəbi sürücülərin məsuliyyətsizliyidir” - Nəqliyyat Eksperti Aqil Rəhimov13.07.2026 - 11:09
Prezident: Diplom işim üçün 30 səhifəlik təhlil hazırlamışdım13.07.2026 - 10:53
Azərbaycanda bu il 335 nəfərə alimlik dərəcəsi verilib13.07.2026 - 10:40
Türk dillərinin funksional sintaksisinə həsr olunan yeni kitab nəşr edilib13.07.2026 - 10:36
Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir13.07.2026 - 10:32
Azərbaycanda son 20 ildə elm üçün 9 yeni göbələk növü aşkar edilib13.07.2026 - 10:20
“5 Təməl sütun: təsəvvürdə və reallıqda” kitabı işıq üzü görüb13.07.2026 - 10:15
AMEA Çinlə əməkdaşlığı genişləndirir: yeni memorandum imzalanıb13.07.2026 - 10:10
Təsviri sənət üzrə apellyasiya qeydiyyatına start verilir13.07.2026 - 10:06
BDU-da magistratura üzrə yeni ixtisas açılır13.07.2026 - 10:01
Sertifikatlaşdırmada keçid balını toplaya bilməyən müəllimlərin sayı açıqlandı13.07.2026 - 09:56
Müəllimlərin sertifikatlaşdırılması: Fənlər üzrə uğur göstəriciləri açıqlandı13.07.2026 - 09:52
Təkrar sertifikatlaşdırmada 2002 müəllim iştirak edib13.07.2026 - 09:48
Həftənin təhsil gündəmi: MİQ, lisey seçimi və qəbul imtahanları13.07.2026 - 09:35
Ən yüksək nəticə göstərən Şirvan-Salyan şagirdləri bəlli oldu13.07.2026 - 09:28
Abituriyentlərin nəzərinə: DİM test izahlarını və cavabları açıqladı13.07.2026 - 09:22
Mil-Muğanda ən yüksək nəticə göstərən məktəblər açıqlandı13.07.2026 - 09:16
Azərbaycanlı məktəblilər fizika olimpiadasında tarixi uğura imza atıblar13.07.2026 - 09:12
Sabahın havası: Bakıda 36 dərəcə isti gözlənilir13.07.2026 - 09:07
Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı13.07.2026 - 09:03
Bakı Xoreoqrafiya Akademiyası milli rəqs irsinin qorunması istiqamətində layihələr həyata keçirir13.07.2026 - 07:55
Bakıda I sinfə qəbul elektron sistemi üzrə müraciətlər artmaqda davam edir13.07.2026 - 07:51
Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasının 90 illiyi tamam olur13.07.2026 - 07:44
TƏBİB və “Azerconnect Group” təcili tibbi yardım xidmətində süni intellekt həllərini tətbiq edəcək13.07.2026 - 07:39
“Arşın mal alan” tamaşası Nahidə Orucovanın 65 illik yubileyinə həsr olunub13.07.2026 - 07:37
Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 100 illiyi tamam olur13.07.2026 - 07:29
BMU-nun “Qırmızı cəsurlar” komandası milli energetik materiallar proqramının qalibi olub13.07.2026 - 07:25
Prezident İlham Əliyev: Qarabağın bərpası və dayanıqlı inkişaf əsas gündəliyimizdir13.07.2026 - 07:15
UNEC qəbul şansını hesablayan onlayn platformanı istifadəyə verib13.07.2026 - 07:14
Azərbaycan alimləri iki yeni mikrogöbələk növünü qeydə alıblar13.07.2026 - 07:10
Şuşada “Əbədiyyətin səsi” monumental heykəltaraşlıq kompozisiyası ucaldılıb13.07.2026 - 07:05
Bu ilin ilk yarısında 200 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub13.07.2026 - 06:59
Tələbələrin yerdəyişməsi üçün müraciətlər iyulun 19-dək qəbul ediləcək13.07.2026 - 06:53
Vüsal Nəsirli Şuşada vətəndaşları qəbul edəcək13.07.2026 - 06:48
Alimlər xərçəng hüceyrələrini məhv edən yeni “molekulyar çəkic” üsulu hazırlayıblar13.07.2026 - 06:43
Körfəzdə artan gərginlik neft bazarında yeni qiymət artımı gözləntiləri yaradır13.07.2026 - 06:35
AZAL beynəlxalq “Great Place to Work” sertifikatı al13.07.2026 - 06:28
“SİMA İmza” biznes üçün rəqəmsal vergi xidmətlərini sadələşdirir13.07.2026 - 06:21
Suriyada yeni parlament ilk sədrini müəyyənləşdirib13.07.2026 - 06:17
Dövlət başçısı 907-ci düzəlişin ləğvinin vacibliyini vurğulayıb13.07.2026 - 06:14
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb13.07.2026 - 05:59
Oturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?13.07.2026 - 05:48
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib13.07.2026 - 05:14
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanır13.07.2026 - 04:54
"Övladınızın gələcəyini öz arzularınız üzərində deyil, onun potensialı üzərində qurun"- Psixoloq Mətanət Əliyeva13.07.2026 - 04:42
UNEC tələbəsi vəfat etdi13.07.2026 - 04:23
Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazanıb13.07.2026 - 04:14