“Son vaxtlar motosiklet qəzalarının sayı artıb. Motosiklet qəzalarının səbəbi motosiklet sürücülərinin məsuliyyətsizliyidir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında Nəqliyyat Eksperti Aqil Rəhimov bildirib.
Ekspert bildirib ki, moto sürücüləri çox sürətlə hərəkət edirlər.
“Həddindən artıq çox sürətlə gedir, maşınların arası ilə hərəkət edirlər. Bu amillər də onların qəzalara düşməsinə səbəb olur”.
Onun sözlərinə görə, bəzi motosiklet sürücülərinin vəsiqəsi belə yoxdur.
“Bunlarla yanaşı, bəzi motosiklet sürücülərinin heç vəsiqəsi belə yoxdur. Əlbəttə ki yol polisi onlarla mübarizə aparır, amma motosiklet sürücüləri həddindən çox olduğuna görə bəzi hallarda onlar gözdən qaçırlar”.
Ekspert vurğulayıb ki, bəzi motosiklet sürücüləri xüsusi kurslara belə getməyiblər.
“Bəzilərinin səriştəsi yoxdur, yəni bəzi motosiklet sürücüləri xüsusi kurslara belə getməyiblər. Ona görə də necə gəldi motosiklet sürürlər. Sürətlə şəkildə zolaqlar arasında manevr edirlər və bununla da təhlükə yaradırlar. Onların üzərində nəzarət artmalı, qayda pozan motosiklet sürücüləri ciddi şəkildə cəzalandırmalı və avtoxuliqanlıq edən sürücülər öz cəzasına çatmalıdır”.

