Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu elan olunub. Proqram tələbələrə 4 il ərzində iki diplom əldə etmək imkanı yaradır.
“Tehsil365” xəbər verir ki, bu barədə UNEC rəsmi instaqram hesabında paylaşım edib.
Bildirilib ki, proqrama UNEC-in I kursunda təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
UDİD proqramı çərçivəsində Maliyyə, Mühasibat, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, İqtisadiyyat və Statistika ixtisasları üzrə təhsil almaq mümkündür. Tədris Azərbaycan, rus, ingilis və türk dillərində aparılır.
Proqrama qeydiyyat 30 iyun–15 avqust tarixlərini əhatə edir. Müraciət üçün UNEC rektorunun adına ərizə və akademik transkript tələb olunur. Sənədlər universitetin əsas tədris binasının 127-ci otağında qəbul edilir.

