Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Çin Xalq Respublikasında təşkil olunan "Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi" proqramı çərçivəsində keçirilən mədəniyyət və tarix yönümlü tədbirlərdə iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən proqram çərçivəsində tələbələr Çinin ənənəvi Xuanzi rəngkarlığı üzrə ustad dərsinə qatılıb, qədim ornamental sənətin xüsusiyyətləri və hazırlanma texnikası ilə tanış olublar.
Bununla yanaşı, BMU tələbələri Pekinin tarixi memarlıq abidələrindən olan Baraban və Zəng qüllələri kompleksini, eləcə də Nanluoqusyanq tarixi küçəsini ziyarət edərək Çin memarlığı, şəhərsalma ənənələri və mədəni irsi haqqında məlumat əldə ediblər.
Qeyd edilib ki, mədəni proqram tələbələrin Çin mədəniyyəti və şəhərsalma ənənələri barədə biliklərinin genişlənməsinə, beynəlxalq təcrübə mübadiləsi və müxtəlif ölkələrdən olan iştirakçılar arasında əməkdaşlığın güclənməsinə töhfə verib.

