Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi "Fulbright" Proqramının 2026-cı il üzrə qalibi olub.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində Zərifə Nəzirli 2026-cı il 17 avqust–2027-ci il 5 yanvar tarixlərində ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqatlar aparacaq, həmçinin qabaqcıl akademik təcrübə qazanacaq.
Dəvət məktubuna əsasən, o, proqram müddətində Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər sahəsində tanınmış alimlər Vaheguru Pal Singh Sidhu və Thomas Hillin elmi rəhbərliyi altında tədqiqat fəaliyyətini həyata keçirəcək.
Bununla yanaşı, Zərifə Nəzirli Nyu-York Universitetinin kitabxana və digər akademik resurslarından istifadə etmək, elmi konfrans və seminarlarda iştirak etmək, eləcə də müvafiq ixtisas fənləri üzrə dərslərə dinləyici qismində qatılmaq imkanı əldə edəcək.

