Tələbələrin yerdəyişməsi prosesinə başlanılıb
“Tehsil365” 2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Elektron müraciətlərin qəbulu 2026-cı il iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-da başa çatacaq. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

