Təhsil 365 - Logo Mobile

"Qlobal iqlim dəyişməsi həmçinin insanların sağlamlığına təsir edir"- Ekoloq Cəmşid Bəxtiyar

14314.07.2026 - 05:04
"Qlobal iqlim dəyişməsi həmçinin insanların sağlamlığına təsir edir"- Ekoloq Cəmşid Bəxtiyar

“İqlim dəyişikliyi bildiyimiz kimi qlobal bir problemdir”.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

“Ən mühüm təsirlərindən biri quraqlığın artmasıdır. Bu ilki mövsümi yağışların intensivliyini istisna etsək, ümumiyyətlə Azərbaycanda iqlim dəyişikliyi quraqlıq kimi özünü büruzə verir. Yəni yağıntıların azalması və temperaturun artması torpağın qurumasına gətirib çıxarır. Su çatışmazlığı və kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Su ehtiyatlarının azalması, böyük və kiçik çaylarda su sərfi azalır, Kür və Araz hövzələrində su qıtlığı daha tez-tez müşahidə olunur. Bu da içməli su ehtiyatı və suvarmaya öz təsirini göstərir”.

Ekoloq vurğulayıb ki, qlobal iqlim dəyişməsinin başqa bir təsiri isə səhralaşma və torpaq dekrodasiyasıdır. Xüsusilə aran rayonlarında torpaqların şoranlaşması, erroziyası və səhralaşması güclənir. Digər bir təsir isə meşələrdir. Uzun sürən isti və quraq dövrlər meşə yanğınları riskini artırır. Bundan başqa ağacların xəstəlik və zərərvericilərə davamlılığı da azalır. Bu özü də sonda ağacların quruması ilə nəticələnir. Bu da meşə yanğınlarına qatqı vermiş olur. Quru ağacın yanması daha risklidir. Qlobal iqlim dəyişikliyinin başqa bir təsiri isə bioloji müxtəlifliyin azalmasıdır. Bioloji bitki və heyvan növlərinin yaşayış mühiti dəyişir, bəzi növləri azalır, bəziləri isə tamamilə yox olmaq təhlükəsi ilə üzləşir.

“İşğaldan azad olunmuş rayonlara səfərimiz zamanı Kəlbəcərdə bunun təəssüf edici fəsadını müşahidə etdim. Qaramoruq dediyimiz kiçik bir giləmeyvə var, hansı ki suvaq çəmənliklərində bitən bir bitkidir. Çox gözəl və yerli əhalinin sevdiyi bir meyvədir. Bu meyvələr artıq həmişə yetişdikləri ərazidə tamamilə yoxa çıxıblar. Bir qismi yuxarı zolaqlara doğru yerini dəyişib, yəni yerdəyişmə müşahidə olunur. Əvvəl yetişməyən yerlərdə meyvə yetişməyə başlayıb, əvvəl yetişdiyi zolaqlarda isə ona rastlamaq tamamilə mümkünsüz hala gəlib”. Digər bir təsir isə Xəzər dənizinin səviyyəsinin dəyişməsidi”.

Onun sözlərinə görə, son illərdə Xəzərin səviyyəsi əsasən enir. Bu mövzu Xəzərsahili ölkələrin problemi kimi daimi müzakirə obyektlərimizdən biridir. Sahil ekosistemində bu problem balıq ehtiaytlarına, sahilyanı əraziərə çox mənfi təsir göstərir. Başqa bir təsir isə Azərbaycanda sel və daşqın risklərinin artması ilə müşahidə olunur. İllik yağıntı azalsa da, qısa müddətdə yağan leysan yağışlar dağlıq ərazilərdə sel və torpaq sürüşmələrinin ehtimalını artırır. Bu ilki yağıntılarda bunu biz daha aydın müşahidə etdik.

“Digər bir təsiri isə kənd təsərrüfatınadır. İstilik stresi, su çatışmazlığı və yeni zərərvericilərin yayılması, taxıl, meyvə-tərəvəz və arıçılıq kimi sahələrdə məhsuldarlığı azalda bilər. Bu ilki havanın qeyri-stabilliyi arıçılığa xüsusi bir böyük zərbə vurdu. Yaz və yay aylarında uzun sürən yağışlar və ya əksinə quraqlıq nektar ifrazını azaldır, bal məhsuldarlığını aşağı salır. Arı ailələrinin inkişaf ritmi pozulur və kök vaxtının planlaşdırılmasını da bu cür qeyri-stabil hava şəraiti çətinləşdirir. Son vaxtlar müşahidə olunan yağışlar və arıların yem ehtiyatlarının azalması kimi hallarla üst-üstə düşür. Qlobal iqlim dəyişməsi həmçinin insanların sağlamlığına təsir edir. İsti havalar xüsusilə yaşlılarda, xroniki xəstəliyi olan insanlarda sağlamlıq riskini artırır. Havanın keyfiyyətinin pisləşməsi tənəffüs xəstəliklərini də artıra bilər”-deyə Cəmşid Bəxtiyar əlavə edib.

Nuray Babayeva

Xəbər Lenti

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22
Mərkəzi Aran abituriyentlərinin ən çox seçdiyi universitetlər - SİYAHI14.07.2026 - 09:19
MİQ-də 34 mindən çox namizəd iştirak edəcək - Şöbə müdiri açıqladı14.07.2026 - 09:14
IV Şuşa Qlobal Media Forumu başa çatıb14.07.2026 - 09:12
Təyinatdan imtina edən müəllim namizədi bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək bal topladı14.07.2026 - 09:10
Sabahın hava proqnozu açıqlanıb14.07.2026 - 09:08
MİQ-də ilk iştirakında 60 bal nəticə göstərdi - məqsədi Bakı məktəblərində çalışmaqdır14.07.2026 - 09:06
İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb14.07.2026 - 09:05
“İRS-Nasledie” jurnalının növbəti buraxılışı Azərbaycanın tarixi yaddaşına və mədəni irsinə həsr olunub-FOTOLAR14.07.2026 - 09:02
AQTİ “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil edib-FOTOLAR14.07.2026 - 08:59
BMU-da tətbiqi fizika üzrə magistr ixtisaslaşması açılıb14.07.2026 - 08:57
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb14.07.2026 - 08:55
Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub14.07.2026 - 08:51
Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti14.07.2026 - 08:46
PFL idman jurnalistləri arasında intellektual yarış keçirib14.07.2026 - 08:41
IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr-FOTOLAR14.07.2026 - 08:37
Yay Fest 2026-ya start verilib-FOTOLAR14.07.2026 - 08:31
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir14.07.2026 - 08:27
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir14.07.2026 - 08:23
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq14.07.2026 - 08:19
Zaid Əl-Nəvaisə: Texnologiyaların sürətli inkişafı fonunda qarşıdakı vəziyyəti tam proqnozlaşdırmaq çətindir14.07.2026 - 08:15
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib14.07.2026 - 08:11
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilir14.07.2026 - 08:08
Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib-FOTOLAR14.07.2026 - 08:02
“Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib-FOTOLAR14.07.2026 - 07:56
DİM: Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq14.07.2026 - 07:56
Magistraturaya qəbul planı artırılıb14.07.2026 - 07:51
İradə Hüseynova: 1969-cu il 14 iyul Azərbaycanın elm və təhsil tarixində strateji inkişaf mərhələsinin başlanğıcıdır14.07.2026 - 07:47
Turizm və Menecment Universitetində 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir14.07.2026 - 07:45
“Beynəlxalq Aviasiya Yay Məktəbi – MAA 2026” uğurla başa çatıb14.07.2026 - 05:58
GDU-da Elmi Şuranın iclası keçirilib14.07.2026 - 05:46
Naxçıvan Dövlət Universiteti ilə Çinin daha bir nüfuzlu universiteti arasında anlaşma memorandumu imzalanıb14.07.2026 - 05:40
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?14.07.2026 - 05:36
ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb14.07.2026 - 05:28
AzTU tələbəsi V “Cyber Summer School 2026” kiber düşərgəsində 1-ci yerə layiq görülüb14.07.2026 - 05:23