Təhsil 365 - Logo Mobile

ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb

13214.07.2026 - 05:28
ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb

Azərbaycan Tibb Universitetində (ATU) insan əməyinin dəyərləndirilməsi, sağlam və dayanıqlı təhsil mühitinin formalaşdırılması universitetin institusional dəyərlərinin əsas istiqamətlərindəndir. Universitetdə hər bir əməkdaşın fəaliyyəti, tutduğu vəzifədən asılı olmayaraq, ümumi inkişafın mühüm tərkib hissəsi kimi qiymətləndirilir. 

ATU-dan “Tehsil365” ə bildirilib ki, bu yanaşmanın növbəti nümunəsi ATU-da keçirilən “Məzun Günü–2026” tədbirində öz əksini tapıb. Tədbirdə universitet şəhərciyinin yaşıllıq zolaqlarının qorunması, abadlaşdırılması və estetik görünüşünün təmin olunmasında uzun illər vicdanla çalışan bağban Həsənqulu Həsənquliyevin əməyi yüksək qiymətləndirilib. 
   ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən Həsənqulu Həsənquliyevə universitetdə uzun illər ərzində göstərdiyi fədakar fəaliyyəti, yüksək məsuliyyəti və nümunəvi əməyinə görə təşəkkür elan edilib. “Təşəkkürnamə”ni tədbir zamanı universitetin İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov təqdim edib. 
   Universitet ərazisinin yaşıllaşdırılması, ağac və dekorativ bitkilərə qulluq göstərilməsi, təmiz, təhlükəsiz və estetik kampus mühitinin qorunması istiqamətində görülən işlər tələbə və əməkdaşlar üçün daha sağlam təhsil mühitinin formalaşmasına mühüm töhfə verir. Bu baxımdan, Həsənqulu Həsənquliyevin uzunillik fəaliyyəti yalnız peşə borcunun məsuliyyətlə yerinə yetirilməsi deyil, həm də universitetin ekoloji dəyərlərinin yaşadılmasına verilən əhəmiyyətli töhfə kimi qiymətləndirilir. 
   Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də səsləşir. Universitetdə yaşıl kampus mühitinin qorunması və inkişaf etdirilməsi DİM 3 – Sağlam həyat və rifah məqsədinə uyğun olaraq sağlam təhsil mühitinin yaradılmasını dəstəkləyir, DİM 11 – Dayanıqlı şəhərlər və icmalar çərçivəsində dayanıqlı və ekoloji cəhətdən əlverişli ictimai məkanların inkişafına xidmət edir, DİM 15 – Quruda həyat məqsədi baxımından isə yaşıllıqların və biomüxtəlifliyin qorunmasına töhfə verir. 
   Eyni zamanda, əməkdaşın uzunillik xidmətinin ictimai şəkildə qiymətləndirilməsi DİM 8 – Layiqli əmək və iqtisadi artım məqsədinin əsas prinsiplərinə uyğun olaraq layiqli əməyin təşviqinə, insan kapitalının dəyərləndirilməsinə və motivasiyaedici iş mühitinin möhkəmləndirilməsinə xidmət edir. 
   ATU-da əməkdaşların əməyinə verilən yüksək dəyər, ekoloji məsuliyyətin təşviqi və dayanıqlı inkişaf prinsiplərinin gündəlik fəaliyyətə inteqrasiyası universitetin sosial məsuliyyətə əsaslanan idarəetmə yanaşmasının ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Həsənqulu Həsənquliyevin əməyinin qiymətləndirilməsi isə bu dəyərlərin praktik müstəvidə tətbiqinin növbəti nümunəsidir.

Nuray Babayeva

Xəbər Lenti

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22
Mərkəzi Aran abituriyentlərinin ən çox seçdiyi universitetlər - SİYAHI14.07.2026 - 09:19
MİQ-də 34 mindən çox namizəd iştirak edəcək - Şöbə müdiri açıqladı14.07.2026 - 09:14
IV Şuşa Qlobal Media Forumu başa çatıb14.07.2026 - 09:12
Təyinatdan imtina edən müəllim namizədi bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək bal topladı14.07.2026 - 09:10
Sabahın hava proqnozu açıqlanıb14.07.2026 - 09:08
MİQ-də ilk iştirakında 60 bal nəticə göstərdi - məqsədi Bakı məktəblərində çalışmaqdır14.07.2026 - 09:06
İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb14.07.2026 - 09:05
“İRS-Nasledie” jurnalının növbəti buraxılışı Azərbaycanın tarixi yaddaşına və mədəni irsinə həsr olunub-FOTOLAR14.07.2026 - 09:02
AQTİ “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil edib-FOTOLAR14.07.2026 - 08:59
BMU-da tətbiqi fizika üzrə magistr ixtisaslaşması açılıb14.07.2026 - 08:57
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb14.07.2026 - 08:55
Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub14.07.2026 - 08:51
Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti14.07.2026 - 08:46
PFL idman jurnalistləri arasında intellektual yarış keçirib14.07.2026 - 08:41
IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr-FOTOLAR14.07.2026 - 08:37
Yay Fest 2026-ya start verilib-FOTOLAR14.07.2026 - 08:31
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir14.07.2026 - 08:27
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir14.07.2026 - 08:23
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq14.07.2026 - 08:19
Zaid Əl-Nəvaisə: Texnologiyaların sürətli inkişafı fonunda qarşıdakı vəziyyəti tam proqnozlaşdırmaq çətindir14.07.2026 - 08:15
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib14.07.2026 - 08:11
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilir14.07.2026 - 08:08
Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib-FOTOLAR14.07.2026 - 08:02
“Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib-FOTOLAR14.07.2026 - 07:56
DİM: Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq14.07.2026 - 07:56
Magistraturaya qəbul planı artırılıb14.07.2026 - 07:51
İradə Hüseynova: 1969-cu il 14 iyul Azərbaycanın elm və təhsil tarixində strateji inkişaf mərhələsinin başlanğıcıdır14.07.2026 - 07:47
Turizm və Menecment Universitetində 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir14.07.2026 - 07:45
“Beynəlxalq Aviasiya Yay Məktəbi – MAA 2026” uğurla başa çatıb14.07.2026 - 05:58
GDU-da Elmi Şuranın iclası keçirilib14.07.2026 - 05:46
Naxçıvan Dövlət Universiteti ilə Çinin daha bir nüfuzlu universiteti arasında anlaşma memorandumu imzalanıb14.07.2026 - 05:40
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?14.07.2026 - 05:36
AzTU tələbəsi V “Cyber Summer School 2026” kiber düşərgəsində 1-ci yerə layiq görülüb14.07.2026 - 05:23