Təhsil 365 - Logo Mobile

GDU-da Elmi Şuranın iclası keçirilib

14414.07.2026 - 05:46
GDU-da Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə Elmi Şuranın son iclası keçirilib.

GDU-dan “Tehsil365” ə bildirilib ki, universitetin rektoru Yusif Yusibov Azərbaycan dili kafedrasının əməkdaşı Mehriban Məmmədovanın Azərbaycan dili ixtisası üzrə, Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşı  Gültəkin Qasımovanın Biokimya ixtisası üzrə dosent elmi adı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Hüseynovanın Azərbaycan ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş attestatları və diplomu təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi Şuranın iclasında “44 gün Qarabağ – işğaldan azadlığa”  adlı kitabın çap olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə görə Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadəyə Fəxri fərman təqdim olunub. Diqqətə çatdırılıb ki, dosent Saidə İsmayılzadənin və İrlandiyanın Tirinti Universitetinin professoru Patrik Uolşun həmmüəllif olduğu “44 gün Qarabağ – işğaldan azadlığa”  adlı geniş həcmli kitabda Qarabağın ən qədim dövrlərdən bəri  tarixi araşdırılıb tədqiq olunub, elmi cəhətdən mərhələlər üzrə təhlil edilib. Kitabda Azərbaycan xalqının öz süverenliyinin və tarixi iradəsinin bərpası, ərazi bütövlüyünü isə həm döyüş meydanında, həm də danışıqlar masasında necə təmin olunması faktlar əsasında qələmə alınıb.

  Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 60 illik yubileyi münasibətilə  Universitetin Coğrafiya kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədliyə Fəxri fərman  təqdim olunub.

Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

İclasın gündəliyində duran birinci məsələ- növbəti tədris ilinə hazırlığın vəziyyəti haqqında İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun çıxışı dinlənilib. Prorektor universitetin tədris binalarında həyata keçiriləcək təmir-bərpa və abadlıq işləri, eləcə də maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra 2025/2026-cı tədris ilində GDU Keyfiyyətin Təminatı Mərkəzinin yerinə yetirdiyi işlərə dair mərkəzin müdiri İsmayıl İsmayılovun ətraflı hesabat məruzəsi dinlənilib. İ.İsmayılov universitetdə təhsilin keyfiyyətinin təmin olunması istiqamətində görülmüş işlər, tədris prosesinin monitorinqi və qiymətləndirilməsi, tələbə və müəllim məmnunluğunun öyrənilməsi məqsədilə aparılmış sorğular, daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və bu sahədə əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Həmçinin qarşıda duran vəzifələr, keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və gələcək fəaliyyət planları haqqında danışıb.

İclasın gündəliyində duran növbəti məsələ- 2025/2026-cı tədris ilinin II yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları haqqında (təhsilin hər iki pilləsi üzrə) Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev çıxış edib. Diqqətə çatdırılıb ki, bağlanmış ikitərəfli müqavilələr əsasında univesitetin 1060-dan çox buraxılış kurs tələbəsi Gəncə şəhər üzrə 20-dən çox orta məktəbdə tədris təcrübəsində iştirak ediblər. Pedaqoji təcrübə müddətində tələbələr əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirib, tədris prosesinin təşkili, dərslərin planlaşdırılması və keçirilməsi, şagirdlərlə işin aparılması, həmçinin müəllim peşəsinin zəruri bacarıqlarına yiyələnmək imkanı qazanıblar. O da bildirilib ki, 2025/2026-cı tədris ilində müəssisələrlə bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında GDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübəsində də iştirakı təmin olunub. Tələbələr ixtisaslarına uyğun müəssisələrdə nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirib, peşə fəaliyyətinin xüsusiyyətlərini yaxından öyrənmək imkanı əldə ediblər.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

  Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Nuray Babayeva

Xəbər Lenti

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22
Mərkəzi Aran abituriyentlərinin ən çox seçdiyi universitetlər - SİYAHI14.07.2026 - 09:19
MİQ-də 34 mindən çox namizəd iştirak edəcək - Şöbə müdiri açıqladı14.07.2026 - 09:14
IV Şuşa Qlobal Media Forumu başa çatıb14.07.2026 - 09:12
Təyinatdan imtina edən müəllim namizədi bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək bal topladı14.07.2026 - 09:10
Sabahın hava proqnozu açıqlanıb14.07.2026 - 09:08
MİQ-də ilk iştirakında 60 bal nəticə göstərdi - məqsədi Bakı məktəblərində çalışmaqdır14.07.2026 - 09:06
İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb14.07.2026 - 09:05
“İRS-Nasledie” jurnalının növbəti buraxılışı Azərbaycanın tarixi yaddaşına və mədəni irsinə həsr olunub-FOTOLAR14.07.2026 - 09:02
AQTİ “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil edib-FOTOLAR14.07.2026 - 08:59
BMU-da tətbiqi fizika üzrə magistr ixtisaslaşması açılıb14.07.2026 - 08:57
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb14.07.2026 - 08:55
Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub14.07.2026 - 08:51
Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti14.07.2026 - 08:46
PFL idman jurnalistləri arasında intellektual yarış keçirib14.07.2026 - 08:41
IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr-FOTOLAR14.07.2026 - 08:37
Yay Fest 2026-ya start verilib-FOTOLAR14.07.2026 - 08:31
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir14.07.2026 - 08:27
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir14.07.2026 - 08:23
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq14.07.2026 - 08:19
Zaid Əl-Nəvaisə: Texnologiyaların sürətli inkişafı fonunda qarşıdakı vəziyyəti tam proqnozlaşdırmaq çətindir14.07.2026 - 08:15
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib14.07.2026 - 08:11
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilir14.07.2026 - 08:08
Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib-FOTOLAR14.07.2026 - 08:02
“Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib-FOTOLAR14.07.2026 - 07:56
DİM: Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq14.07.2026 - 07:56
Magistraturaya qəbul planı artırılıb14.07.2026 - 07:51
İradə Hüseynova: 1969-cu il 14 iyul Azərbaycanın elm və təhsil tarixində strateji inkişaf mərhələsinin başlanğıcıdır14.07.2026 - 07:47
Turizm və Menecment Universitetində 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir14.07.2026 - 07:45
“Beynəlxalq Aviasiya Yay Məktəbi – MAA 2026” uğurla başa çatıb14.07.2026 - 05:58
Naxçıvan Dövlət Universiteti ilə Çinin daha bir nüfuzlu universiteti arasında anlaşma memorandumu imzalanıb14.07.2026 - 05:40
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?14.07.2026 - 05:36
ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb14.07.2026 - 05:28
AzTU tələbəsi V “Cyber Summer School 2026” kiber düşərgəsində 1-ci yerə layiq görülüb14.07.2026 - 05:23