2026/2027-ci tədris ili üçün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat təhsil səviyyəsi üzrə 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.
Bu barədə “Tehsil365”ə Azərbaycan Turizm və Menecment Universitetindən məlumat bildirib.
Qəbul planına əsasən, beynəlxalq münasibətlər ixtisası üzrə 25, tərcümə (ingilis dili–Azərbaycan dili) üzrə 30, muzey, arxiv işi və abidələrin qorunması üzrə 25, beynəlxalq ticarət və logistika üzrə 25, biznesin idarə edilməsi üzrə 25, dövlət və bələdiyyə idarəetməsi üzrə 25, maliyyə üzrə 50, menecment üzrə 25, qida mühəndisliyi üzrə 20, sosial iş üzrə 100, turizm bələdçiliyi üzrə 40, turizm işinin təşkili üzrə isə 120 tələbənin təhsil alması nəzərdə tutulub.
ATMU-nun bu il üzrə qəbul planına əsasən, ən çox yer turizm işinin təşkili ixtisasına ayrılıb. Bu baxımdan, abituriyentlərin həmin ixtisası seçmək və qəbul olmaq imkanları digər ixtisaslarla müqayisədə daha genişdir.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində ümumilikdə 625 nəfərin ATMU-da bakalavriat səviyyəsində təhsil alması və universitetin tələbəsi adını qazanması nəzərdə tutulur.

