Təhsil 365 - Logo Mobile

İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb

16314.07.2026 - 09:05
İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Tehsil365”ə bildirib ki, Azərbaycanda rəqəmsal transformasiyanın sürətlənməsi, genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi, iqtisadiyyatın müxtəlif istiqamətlərində süni intellektin tətbiqi, elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və yüksəkixtisaslı İKT kadrlarının hazırlanması istiqamətində mühüm proqramlar həyata keçirilir. Hazırda informasiya və rabitə sektoru qeyri-neft iqtisadiyyatının yüksək əlavə dəyər yaradan aparıcı sahələrindəndir. İKT sahəsinin müxtəlif istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığının sürətləndirilməsi məqsədilə təlimlər keçirilir və təqaüd proqramları təşkil olunur. Təkcə “Technest” Təqaüd Proqramı çərçivəsində 10 min yerli mütəxəssis hazırlanıb.

Bu sahədə fəaliyyət göstərən şirkətlərə, fiziki şəxslərə, xarici investorlara tətbiq olunan vergi və digər stimullaşdırıcı güzəştlər sektorun inkişafını və investisiya cəlbediciliyini daha da artırıb. Hazırda bu güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, Azərbaycanın regionun ən cəlbedici İKT və innovasiya ekosistemlərindən birinə çevrilməsi istiqamətində işlər davam etdirilir. Nəticədə Texnopark rezidentlərinin sayı 182-yə yüksəlib, onlardan 16-sını xarici şirkətlər təşkil edir.

Azərbaycanın innovasiya ekosisteminin bütün regionlarda inkişaf etdirilməsi məqsədilə Bakı, Sumqayıt, Naxçıvan və Gəncədə innovasiya mərkəzləri təsis olunub, yüzlərlə startap üçün mentorluq proqramları keçirilib. Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”un istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platformada 400-dan çox rəqəmsal xidmət istifadəçilərə təqdim edilir.

Görülən işlər nəticəsində bu ilin birinci yarısı ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 2 milyard manata yaxın olub. Xüsusilə proqram təminatı xidmətlərinin gəlirləri 28 faizə yaxın artıb ki, bu da ölkədə rəqəmsal həllərə tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini göstərir. Nəticədə informasiya və rabitə sektorunun ümumi daxili məhsulda payı 1,9 faizə yüksəlib.

Rəqəmsal infrastrukturun inkişafı, innovasiya və insan kapitalına qoyulan investisiyalar Azərbaycanın rəqəmsal iqtisadiyyatının daha da güclənməsinə, ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və yüksək texnologiyalar əsasında formalaşan yeni iqtisadi artım modelinə keçidinə əhəmiyyətli töhfə verir.

Afin Mahmudov

Xəbər Lenti

AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib28.08.2026 - 16:41
Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub28.08.2026 - 16:38
BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb28.08.2026 - 16:36
Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib28.08.2026 - 16:34
NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım28.08.2026 - 16:32
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb28.08.2026 - 16:22
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub28.08.2026 - 16:19
Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı28.08.2026 - 16:18
UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək28.08.2026 - 16:15
BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb28.08.2026 - 16:00
ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub28.08.2026 - 15:58
Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb28.08.2026 - 15:57
AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal28.08.2026 - 15:54
AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub28.08.2026 - 15:49
ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib28.08.2026 - 15:44
Daxili müsahibə elan edilir28.08.2026 - 15:23
Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib28.08.2026 - 15:12
Tələbə adını qazananlar bu gün qeydiyyatdan keçməlidir28.08.2026 - 05:58
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb28.08.2026 - 05:42
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)28.08.2026 - 05:35
Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ28.08.2026 - 05:29
Tanınmış aparıcı tələbə oldu28.08.2026 - 05:21
Günün havası - 35 dərəcə isti, külək...28.08.2026 - 05:13
Kompüter mühəndisliyində keçid balları belə dəyişdi 28.08.2026 - 05:02
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb28.08.2026 - 04:52
Bu ilin ikinci Ay tutulması başlayıb28.08.2026 - 04:41
BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub28.08.2026 - 04:32
“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib28.08.2026 - 04:24
ADNSU-da Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş kitab sərgisi təşkil olunub28.08.2026 - 04:17
Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!28.08.2026 - 04:09
ATU-nu bir gimnaziyadan 21 şagird seçdi: 11 “A” sinfindən 13 məzun28.08.2026 - 04:02
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06
ATMU-da plan verleri 100 faiz dolub27.08.2026 - 15:59
AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir27.08.2026 - 15:50
“Ukrayna xalq nağılları” nəşr olunub27.08.2026 - 15:48
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.27.08.2026 - 15:46
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!27.08.2026 - 15:43
Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb27.08.2026 - 15:40
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir27.08.2026 - 15:39
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir27.08.2026 - 15:37
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar27.08.2026 - 15:35
ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir27.08.2026 - 15:31
Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir27.08.2026 - 15:21
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək27.08.2026 - 13:06
Azərbaycanlı kimyaçı alimlər Özbəkistanda BEYNƏLXALQ PLATFORMADA27.08.2026 - 10:00
Qarabağ Universitetində İTÜ-nün akademik bölmələri yaradılır27.08.2026 - 09:50
Subbakalavrların ali məktəbə qəbul olunmasında azalma var27.08.2026 - 09:40