"Suallar rahat idi, sadəcə vaxt bölgüsündə çətinlik yaşadım".
Bu sözləri MİQ imtahanında 69 bal toplayan namizəd Elmir Quluzadə “Tehsil365”ə açıqlamasında bildirib.
"2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişəm.
Hazırda həmin universitetdə magistratura pilləsinin I kursunda təhsil alıram. MİQ imtahanından 69 bal topladım. Düşünürəm ki, suallar ümumilikdə rahat idi və namizədlərdə vahimə yaradacaq qədər çətin deyildi.
Sadəcə, vaxt bölgüsünü düzgün planlaşdıra bilmədiyim üçün gözlədiyimdən bir qədər aşağı nəticə əldə etdim. Buna baxmayaraq, topladığım bal mənim üçün qənaətbəxşdir.
Əslən Lerik rayonundanam. Vakansiya seçimində də üstünlüyü doğma rayonuma verəcəyəm. Arzum müəllim kimi Lerikdə fəaliyyət göstərmək və qazandığım bilikləri şagirdlərlə bölüşməkdir".

