Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2026-cı il 22 iyun tarixli əmrinə əsasən, aqrar elmlər sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili məqsədilə Dissertasiya Şurası yaradılıb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, yeni yaradılan Dissertasiya Şurası "Aqrokimya" və "Meyvəçilik və üzümçülük" ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirəcək. Şuranın səlahiyyət müddəti 2028-ci il noyabrın 1-dək müəyyən edilib.

