“Əsas səbəblərdən biri hava istinin olmasıdır. Bununla yanaşı, dərs ilinin sonu olduğuna görə bu havalarda idmana meyilliliyin azalması normal sayılır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında İdman eksperti Kənan Məstəliyev bildirib.
Ekspert bildirib ki, dərs ilinin sonudur, yüklənmə çoxdur və şagirdlər də daha çox istirahət etməyə meyilli olurlar.
“Dərs ilinin sonudur, yüklənmə çoxdur və şagirdlər də daha çox istirahət etməyə meyilli olurlar. Bu səbəbdən də onların sırf idmanla məşğul olmaq fikri onlar üçün önəmli sayılmır. Bu normaldı, bu mövsumi şəkildə hər dəfə belə olur”.
Onun sözlərinə görə, azalmanın səbəbləri kimi dərs yükü də əsas məqamlardandır.
“Ümumilikdə, azalmanın səbəbləri kimi dərs yükünün çox olması əsas məqamlardandır. Düzdü, bu hər il baş verir, amma ümumən nəzər yetirdikdə dərs yükü ilin sonuna doğru o qədər çoxdur ki, bu qrafik şagirdlərə yaşından asılı olmayaraq, boş vaxtlarında idmana sərf etməyə imkan vermir”.
Ekspert vurğulayıb ki, şagirdlərin boş vaxtı olmadığı üçün idmanı da əlavə yüklənmə kimi qəbul edirlər.
“Şagirdlərin boş vaxtları çox az olur. Dərslərə meyillənmə özünü büruzə verir, yüklənmənin altından çıxmağa çalışırlar. Ortada qalan bir neçə saatı isə istirahət eləməyə sərf edirlər. Onların boş vaxtı olmadığı üçün idmanı da əlavə yüklənmə kimi qəbul edirlər. Bu səbəbdən də İdman ikinci və ya üçüncü plana keçir”.

