Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimi ilə bağlı vacib məlumat açıqlanıb. Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 3-cü nömrəsinin elektron versiyasını istifadəyə verib.
“Tehsil365” xəbər verir ki, jurnalın elektron versiyasını PDF formatında www.abiturient.az saytından əldə etmək mümkündür.
Jurnalın bu nömrəsində magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli yer alıb. Həmçinin cədvəldən istifadə qaydası, ixtisaslaşma seçimi zamanı diqqət yetirilməli məqamlar, qəbul planı və digər vacib məlumatlarla saytın "Xəbərlər" bölməsində yerləşdirilən keçid vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçiminə növbəti həftə ərzində start veriləcək.
Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi məlumatda düzəliş edərək bildirib ki, "Gənclərlə iş" və "Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş" ixtisasları üzrə minimal keçid balı 40 olaraq müəyyən edilib.

