2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində keçirilir.
Test imtahanının ilk günündə 8024 namizəd iştirak üçün dəvət olunub. Ümumilikdə isə 95 faiz davamiyyət qeydə alınıb.
Qeyd edək ki, iyulun 14-də keçirilən test imtahanı üzrə apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul ediləcək və onların təhlilindən sonra yekun nəticələr elan olunacaq.

