Bakı Slavyan Universitetinin (BSU) Roman-german filologiyası kafedrasının müdiri Sevinc Rzayeva Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nüfuzlu beynəlxalq elmi-tədqiqat qrantının qalibi olub.
“Tehsil365” xəbər verir ki, Sevinc Rzayeva Alman Akademik Mübadilə Xidmətinin (DAAD) "DAAD-Alumnilərin Yenidən Dəvət Proqramı – 2026" çərçivəsində keçirilən qrant müsabiqəsində qalib seçilib. O, müsabiqədə qalib olan iki azərbaycanlı alimdən biridir.
Qrant proqramı çərçivəsində professor Sevinc Rzayeva üç ay müddətində Almaniyanın Gissen Universitetinin Germanistika İnstitutunda "Müasir Alman ədəbiyyatı: Hermann Hessenin yaradıcılığının müasir Azərbaycan ədəbiyyatı ilə müqayisəli tədqiqi" mövzusunda elmi araşdırmalar aparacaq.
Universitetdən bildirilib ki, bu nailiyyət BSU-nun beynəlxalq elmi əməkdaşlıq sahəsində əldə etdiyi uğurların və universitet alimlərinin qlobal elmi mühitdə artan nüfuzunun daha bir göstəricisidir.

