Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti Türkiyənin 9 Eylül Universitetinin Tibb fakültəsində klinik staj proqramını davam etdirir.
“Tehsil365” xəbər verir ki, iştirakçılar müəyyən olunmuş qrafik əsasında daxili xəstəliklər, dəri-zöhrəvi xəstəliklər, kardiologiya, təcili tibbi yardım, cərrahiyyə, göz xəstəlikləri, nefrologiya, mama-ginekologiya, pediatriya, travmatologiya və ortopediya şöbələrində təcrübə keçirlər.
Bildirilib ki, klinik staj proqramı iştirakçıların müasir tibbi yanaşmalarla yaxından tanış olmasına, nəzəri biliklərini praktik mühitdə möhkəmləndirməsinə, peşə bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq klinik təcrübə qazanmalarına geniş imkan yaradır.

