Təhsil 365 - Logo Mobile

Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir

15214.07.2026 - 18:00
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir

Şuşada keçirilən IV Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin iştirakı ilə təşkil olunan beynəlxalq tədbir deyil, Azərbaycanın dünyaya verdiyi siyasi, diplomatik və informasiya mesajlarının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər, yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması bir daha göstərdi ki, Azərbaycan regional və qlobal gündəmdə mühüm söz sahibi kimi çıxış edir.

“Tehsil 365” xəbər verir ki, Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu hər il daha geniş iştirakçı auditoriyasını bir araya gətirir. Bu il Forumda 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan çox media qurumu, eləcə də 10 beynəlxalq təşkilat və təsisat təmsil olunur. Son dörd ildə isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul edib. Bu statistika tədbirin qlobal media platforması kimi nüfuzunun ildən-ilə artdığını və beynəlxalq informasiya məkanında mühüm yer tutduğunu təsdiqləyir.


Şuşanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi məna daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra azad Şuşa yalnız mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Burada keçirilən forumlar Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, azad edilmiş torpaqlarda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.


Prezident İlham Əliyevin çıxışında da bu məqama xüsusi diqqət yetirildi. Dövlət başçısı qeyd etdi ki, ilk forumlarda Şuşaya və Qarabağa gələn xarici media nümayəndələri dağıdılmış şəhərləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları və sürətlə həyata keçirilən bərpa işlərini müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin ən real təqdimatıdır.


Forumun əsas üstünlüklərindən biri də Prezident İlham Əliyevin iştirakçılarla açıq dialoq formatında görüşməsidir. Sual-cavab şəraitində keçirilən müzakirələr Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, regional təhlükəsizlik, enerji siyasəti, Qarabağda aparılan bərpa-quruculuq işləri və digər aktual məsələlərlə bağlı ölkənin mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmağa imkan yaradır. Bu format beynəlxalq media nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanın mövqeyinin obyektiv şəkildə təqdim olunmasına xidmət edir.


İki saat yarımdan artıq davam edən müzakirələrdə Prezident İlham Əliyev regionda və dünyada baş verən proseslərə dair Azərbaycanın baxışını ətraflı izah etdi. Xüsusilə sülh gündəliyi ilə bağlı səsləndirilən fikirlər diqqət çəkirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb və cəmi bir ilə yaxındır ki, sülh dövrünü yaşayır. Bu reallıq inkişaf, investisiya mühiti, cəmiyyətin psixoloji durumu və iqtisadi fəallıq baxımından tamamilə yeni imkanlar yaradıb. Eyni zamanda Prezident bildirdi ki, davamlı sülh yalnız beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslana bilər.


Forum çərçivəsində Azərbaycan-ABŞ münasibətləri, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik, enerji siyasəti və qlobal çağırışlar da geniş müzakirə olundu. Dövlət başçısı Azərbaycanın bütün istiqamətlərdə milli maraqlara söykənən müstəqil siyasət yürütdüyünü və dəyişən dünya nizamında bu kursun uğurla davam etdirildiyini bir daha nümayiş etdirdi.


Şuşa Qlobal Media Forumu həm də informasiya diplomatiyasının mühüm alətidir. Bu platforma vasitəsilə dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və media rəhbərləri Azərbaycanın reallıqları ilə yerində tanış olur, Qarabağda həyata keçirilən layihələri öz gözləri ilə görür və bu barədə beynəlxalq ictimaiyyətə birbaşa məlumat çatdırırlar. İnformasiya müharibələrinin davam etdiyi müasir dövrdə bu cür platformaların əhəmiyyəti daha da artır.


Son dörd ildə Forumun iştirakçı sayının və coğrafiyasının genişlənməsi onu göstərir ki, Şuşa artıq qlobal media gündəliyinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib. Burada səsləndirilən fikirlər təkcə media sahəsinə deyil, beynəlxalq siyasətə, regional əməkdaşlığa və qlobal təhlükəsizlik məsələlərinə dair mühüm mesajlar kimi dünya ictimaiyyətinin diqqətini cəlb edir.


Prezident İlham Əliyevin Forum zamanı səsləndirdiyi "gələcəyə baxmalıyıq" çağırışı Azərbaycanın strateji baxışını aydın ifadə edir. Dünya sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır və belə şəraitdə milli maraqların, müstəqilliyin və milli kimliyin qorunması hər zaman prioritet olaraq qalmalıdır. Məhz bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə, həqiqətlərin dünyaya çatdırılmasına və ölkəmizin qlobal dialoq platforması kimi rolunun güclənməsinə xidmət edən mühüm təşəbbüsdür.

Türkan Allahquliyeva

Xəbər Lenti

4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09
ATU-da "Rezident həyatı yaşa-5" layihəsinə start verilib - FOTOLAR14.07.2026 - 14:03
NDU-nun professor-müəllim və tələbələri Türkiyədə klinik staj keçirlər - FOTOLAR14.07.2026 - 13:55
BSU müəllimləri Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresində iştirak ediblər - FOTOLAR14.07.2026 - 13:45
BSU-nun kafedra müdiri DAAD-ın beynəlxalq elmi qrantını qazanıb14.07.2026 - 13:38
MDU və AQSİA tələbə və məzunlar üçün yeni əməkdaşlığa başlayıb - FOTOLAR14.07.2026 - 13:36
MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR14.07.2026 - 13:30
UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və təhsil haqları14.07.2026 - 13:25
Qarabağ Universitetində şöbə müdiri təyin edilib14.07.2026 - 13:21
MİQ imtahanlarının ilk günü: 95 faiz davamiyyət qeydə alınıb - FOTOLAR 14.07.2026 - 13:16
Slovakiya Prezidenti: Qarabağda tikiləcək məktəb slovak generalının adını daşıyacaq14.07.2026 - 13:12
"FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir14.07.2026 - 13:07
DİM magistraturaya ixtisaslaşma seçimi ilə bağlı vacib məlumat yayıb14.07.2026 - 13:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22
Mərkəzi Aran abituriyentlərinin ən çox seçdiyi universitetlər - SİYAHI14.07.2026 - 09:19
MİQ-də 34 mindən çox namizəd iştirak edəcək - Şöbə müdiri açıqladı14.07.2026 - 09:14
IV Şuşa Qlobal Media Forumu başa çatıb14.07.2026 - 09:12
Təyinatdan imtina edən müəllim namizədi bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək bal topladı14.07.2026 - 09:10
Sabahın hava proqnozu açıqlanıb14.07.2026 - 09:08
MİQ-də ilk iştirakında 60 bal nəticə göstərdi - məqsədi Bakı məktəblərində çalışmaqdır14.07.2026 - 09:06
İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 7,5 faiz artıb14.07.2026 - 09:05
“İRS-Nasledie” jurnalının növbəti buraxılışı Azərbaycanın tarixi yaddaşına və mədəni irsinə həsr olunub-FOTOLAR14.07.2026 - 09:02