Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əbha hava limanına raket hücumu həyata keçirdiklərini bəyan ediblər.
“Tehsil 365” xarici KİV-ə istinadən xəbər verir ki, husilər bu addımı Sənə hava limanının bombalanmasına cavab kimi qiymətləndiriblər.
Səudiyyə Ərəbistanı rəsmiləri isə raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıblar.
Məlumata görə, bu, 2022-ci ildən bəri husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi ilk belə hücumdur. Hadisə son dörd ildə qüvvədə olan qeyri-rəsmi atəşkəsin taleyi ilə bağlı narahatlıqları artırıb və Yəmən münaqişəsinin yenidən alovlanması riskini gündəmə gətirib.

