Təhsil 365 - Logo Mobile

BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub

14415.07.2026 - 04:41
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Hava Yolları (AZAL) QSC-nin nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib.

BMU-dan “Tehsil365” ə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biri əmək bazarının müasir tələblərinə uyğun, yüksəkixtisaslı, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. Qeyd edib ki, yeni sənaye inqilabının çağırışları, rəqəmsal transformasiya prosesləri və süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda informasiya texnologiyaları istiqaməti BMU-da prioritet sahələrdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə tədris proqramlarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, müasir infrastrukturun yaradılması və sənaye ilə inteqrasiyanın gücləndirilməsi ardıcıl şəkildə davam etdirilir. Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə atılan addımları vurğulayan Yaqub Piriyev deyib ki, Çin və Cənubi Koreyanın aparıcı ali təhsil müəssisələri ilə uğurla həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və bacarıqlara yiyələnmək, müasir mühəndislik və texnologiya sahələrində qabaqcıl təcrübəni mənimsəmək imkanı yaradır.

Rektor son illər BMU-da elmi fəaliyyətin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, təhsil, elm və sənaye əməkdaşlığının dərinləşdirilməsi BMU-nun strateji inkişaf konsepsiyasının mühüm komponentlərindən biridir. Yaqub Piriyev AZAL kimi ölkənin strateji əhəmiyyət daşıyan aparıcı qurumu ilə əməkdaşlığın mühəndis və İT sahələri üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra AZAL-ın İnsan Resursları İdarəsinin rəis müavini Nigar Orucova və aparıcı mütəxəssis Əzizbikə Abdullayeva şirkətin universitetlərlə əməkdaşlıq konsepsiyasını və bu istiqamətdə planlaşdırılan layihələri təqdim ediblər. Təqdimatda əməkdaşlığın əsas məqsədinin aviasiya sahəsi üçün perspektivli texniki kadrların erkən mərhələdə müəyyənləşdirilməsi, təhsil ilə istehsalat arasında əlaqələrin gücləndirilməsi və tələbələr üçün səmərəli karyera keçid mexanizminin yaradılması olduğu vurğulanıb. Əməkdaşlığın əsas istiqamətləri kimi BMU-da aviasiya mövzusunda mühazirələrin, seminar və vorkşopların təşkili, "Açıq qapı" günlərinin keçirilməsi, son kurs layihələrinin AZAL-ın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə hazırlanması, universitetdə AZAL-ın "SkyHub" istedad platforması çərçivəsində tələbə səfirlərinin (Ambassador) seçilməsi, eləcə də seçilmiş tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması məsələləri müzakirə edilib. Qeyd olunub ki,  "SkyHub" platforması vasitəsilə universitet tələbələrinin erkən mərhələdə aşkar edilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəkdə şirkətin kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur. 

Görüşdə birgə fəaliyyətin genişləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın konkret fəaliyyət planı əsasında davam etdirilməsi barədə razılıq əldə olunub.

Nuray Babayeva

Xəbər Lenti

“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb15.07.2026 - 09:13
AQTA əhaliyə müraciət etdi: Yay mövsümündə qida təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır15.07.2026 - 09:10
Tibbi rəqəmsal əkizin yaradılması: imkanlar və çağırışlar15.07.2026 - 09:05
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib15.07.2026 - 09:02
Elm və Təhsil Nazirliyinin 60 xidməti myGov platformasına inteqrasiya olunacaq15.07.2026 - 08:59
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb-FOTOLAR15.07.2026 - 08:55
Külək güclənəcək, leysan olacaq15.07.2026 - 08:51
Qarabağ və Şərqi Zəngəzurun flora müxtəlifliyi üzrə monitorinqlərin nəticələri açıqlanıb15.07.2026 - 08:49
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub-FOTOLAR15.07.2026 - 08:47
ABŞ-də möhtəşəm uğur: Tarixi “Jordan Hall” səhnəsində azərbaycanlı tenorun heyranedici ifası-FOTOLAR15.07.2026 - 08:44
Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır15.07.2026 - 08:40
İdarə rəisi: Azərbaycanda məktəblərin 63 faizi yüksəksürətli internetlə təmin olunub15.07.2026 - 08:37
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib15.07.2026 - 08:35
Təhsil sahəsində bütün elektron xidmətlər vahid giriş sistemi ilə inteqrasiya edilib15.07.2026 - 08:33
Bakıda 15 İyul şəhidləri anılıb-FOTOLAR15.07.2026 - 08:30
Məktəblərdə hər bir şagirdin rəqəmsal alətlərə çıxışının təmin edilməsi hədəflənir15.07.2026 - 08:25
Vüsal Xanlarov: Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanılıb15.07.2026 - 08:20
Təhsil platformasının istifadəçilərinin sayı 2 milyona çatacaq, süni intellekt əsaslı yeni imkanlar tətbiq olunacaq15.07.2026 - 08:15
Bakının vizit kartı olan abidələrin müəllifi – Xalq rəssamı Cəlal Qaryağdı-FOTO15.07.2026 - 08:09
BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq15.07.2026 - 08:02
“UNEC Ekspert” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub15.07.2026 - 05:59
Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib15.07.2026 - 05:45
Xəzər Universitetinin KDI komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb15.07.2026 - 05:30
UNEC tələbələri “Maliyyəçisən” yay təcrübə proqramının qalibi olublar15.07.2026 - 05:21
UFAZ tələbələri Fransada keçirilən Yay Məktəbini uğurla başa vurublar15.07.2026 - 05:12
ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib15.07.2026 - 05:01
ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır15.07.2026 - 04:38
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09