Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin Beynəlxalq jurnalistika şöbəsinin filologiya üzrə fəlsəfə doktoru, universitetdaxili dosent Nigar Çingiz qızı Məhərrəmovanın müəllifi olduğu “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub.
ADU-dan “Tehsil365” ə bildirilib ki, tədris proqramı ali təhsilin bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanıb və müasir tədris tələblərinə uyğun şəkildə tərtib edilib.

