Təhsil 365 - Logo Mobile

ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib

13315.07.2026 - 05:01
ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib

İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında universitet rəhbərliyinin filial heyəti ilə görüşü keçirilib.

ADPU-dan “Tehsil365” ə bildirilib ki, görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Quba filialının direktoru professor Yusif Alıyev, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, filialın rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

Görüş zamanı filialın tədris, elmi və təşkilati fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Qeyd olunub ki, cari tədris ilindən etibarən Quba filialında regionun əmək bazarının tələbləri nəzərə alınmaqla Aqronomluq ixtisası üzrə tələbə qəbuluna başlanılır. Bildirilib ki, bu istiqamət kənd təsərrüfatı potensialı yüksək olan bölgənin inkişafına və ixtisaslı kadr hazırlığına mühüm töhfə verəcək.

Bununla yanaşı, növbəti illərdə də regionun sosial-iqtisadi inkişaf prioritetlərinə və əmək bazarının ehtiyaclarına uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmaların yaradılması perspektivləri müzakirə olunub. Bu istiqamətdə müvafiq təhlillərin aparılması, işçi qrupların yaradılması və aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin tələbələrin sosial-ictimai həyatda fəallığının artırılması, filialda tədbirlərin təşkili, eləcə də ictimaiyyətlə əlaqələr və marketinq fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikir və təkliflər dinlənilib, filialın əldə etdiyi müsbət nəticələrin davamlılığının təmininin əhəmiyyəti qeyd olunub.

Çıxış edənlər universitetin inkişaf strategiyasına uyğun olaraq filialların potensialının gücləndirilməsi, təhsil mühitinin müasir çağırışlara uyğun inkişaf etdirilməsinin və regionlarda keyfiyyətli ali təhsilin əlçatanlığının artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, səsləndirilən təkliflərin gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.

Nuray Babayeva

Xəbər Lenti

“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb15.07.2026 - 09:13
AQTA əhaliyə müraciət etdi: Yay mövsümündə qida təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır15.07.2026 - 09:10
Tibbi rəqəmsal əkizin yaradılması: imkanlar və çağırışlar15.07.2026 - 09:05
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib15.07.2026 - 09:02
Elm və Təhsil Nazirliyinin 60 xidməti myGov platformasına inteqrasiya olunacaq15.07.2026 - 08:59
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb-FOTOLAR15.07.2026 - 08:55
Külək güclənəcək, leysan olacaq15.07.2026 - 08:51
Qarabağ və Şərqi Zəngəzurun flora müxtəlifliyi üzrə monitorinqlərin nəticələri açıqlanıb15.07.2026 - 08:49
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub-FOTOLAR15.07.2026 - 08:47
ABŞ-də möhtəşəm uğur: Tarixi “Jordan Hall” səhnəsində azərbaycanlı tenorun heyranedici ifası-FOTOLAR15.07.2026 - 08:44
Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır15.07.2026 - 08:40
İdarə rəisi: Azərbaycanda məktəblərin 63 faizi yüksəksürətli internetlə təmin olunub15.07.2026 - 08:37
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib15.07.2026 - 08:35
Təhsil sahəsində bütün elektron xidmətlər vahid giriş sistemi ilə inteqrasiya edilib15.07.2026 - 08:33
Bakıda 15 İyul şəhidləri anılıb-FOTOLAR15.07.2026 - 08:30
Məktəblərdə hər bir şagirdin rəqəmsal alətlərə çıxışının təmin edilməsi hədəflənir15.07.2026 - 08:25
Vüsal Xanlarov: Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanılıb15.07.2026 - 08:20
Təhsil platformasının istifadəçilərinin sayı 2 milyona çatacaq, süni intellekt əsaslı yeni imkanlar tətbiq olunacaq15.07.2026 - 08:15
Bakının vizit kartı olan abidələrin müəllifi – Xalq rəssamı Cəlal Qaryağdı-FOTO15.07.2026 - 08:09
BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq15.07.2026 - 08:02
“UNEC Ekspert” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub15.07.2026 - 05:59
Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib15.07.2026 - 05:45
Xəzər Universitetinin KDI komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb15.07.2026 - 05:30
UNEC tələbələri “Maliyyəçisən” yay təcrübə proqramının qalibi olublar15.07.2026 - 05:21
UFAZ tələbələri Fransada keçirilən Yay Məktəbini uğurla başa vurublar15.07.2026 - 05:12
ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub15.07.2026 - 04:41
BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır15.07.2026 - 04:38
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09