Təhsil 365 - Logo Mobile

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

13215.07.2026 - 04:38
BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində magistratura səviyyəsində “Siyasi coğrafiya” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

BDU-dan “Tehsil365” ə bildirilib ki, siyasi coğrafiya dövlətlərin siyasi-coğrafi mövqeyini, geosiyasi prosesləri, sərhəd məsələlərini, regional inkişafı və beynəlxalq münasibətlərin məkan aspektlərini öyrənən mühüm elmi istiqamətlərdən biridir. Müasir dövrdə qlobal və regional siyasi proseslərin dinamikası, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi çağırışların artması və dövlətlərarası əməkdaşlığın genişlənməsi bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Siyasi coğrafiya” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

Yeni ixtisaslaşma çərçivəsində magistrantlar geosiyasət, seçki coğrafiyası, limologiya (sərhədşünaslıq), siyasi regional tədqiqatlar və digər müasir istiqamətlər üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Onlar dünyanın siyasi xəritəsini təhlil etmək, beynəlxalq və regional prosesləri məkan baxımından qiymətləndirmək, analitik araşdırmalar aparmaq və müasir siyasi prosesləri elmi əsaslarla şərh etmək bacarıqları qazanacaqlar.

Tədris prosesində magistrantlara müasir geosiyasi yanaşmalar, siyasi təhlil metodları və beynəlxalq təcrübə əsasında elmi tədqiqat aparmaq, analitik hesabatlar hazırlamaq, müxtəlif layihələrdə iştirak etmək və peşəkar kompetensiyalarını inkişaf etdirmək imkanları yaradılacaq.

“Siyasi coğrafiya” ixtisaslaşmasının məzunları dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, beyin mərkəzləri, elmi-tədqiqat institutları, ali təhsil müəssisələrində peşəkar fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşma ölkədə geosiyasi araşdırmaların inkişafına, siyasi coğrafiya sahəsində elmi potensialın gücləndirilməsinə və müasir beynəlxalq çağırışları dərindən təhlil edə bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

Nuray Babayeva

Xəbər Lenti

“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb15.07.2026 - 09:13
AQTA əhaliyə müraciət etdi: Yay mövsümündə qida təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır15.07.2026 - 09:10
Tibbi rəqəmsal əkizin yaradılması: imkanlar və çağırışlar15.07.2026 - 09:05
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib15.07.2026 - 09:02
Elm və Təhsil Nazirliyinin 60 xidməti myGov platformasına inteqrasiya olunacaq15.07.2026 - 08:59
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb-FOTOLAR15.07.2026 - 08:55
Külək güclənəcək, leysan olacaq15.07.2026 - 08:51
Qarabağ və Şərqi Zəngəzurun flora müxtəlifliyi üzrə monitorinqlərin nəticələri açıqlanıb15.07.2026 - 08:49
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub-FOTOLAR15.07.2026 - 08:47
ABŞ-də möhtəşəm uğur: Tarixi “Jordan Hall” səhnəsində azərbaycanlı tenorun heyranedici ifası-FOTOLAR15.07.2026 - 08:44
Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır15.07.2026 - 08:40
İdarə rəisi: Azərbaycanda məktəblərin 63 faizi yüksəksürətli internetlə təmin olunub15.07.2026 - 08:37
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib15.07.2026 - 08:35
Təhsil sahəsində bütün elektron xidmətlər vahid giriş sistemi ilə inteqrasiya edilib15.07.2026 - 08:33
Bakıda 15 İyul şəhidləri anılıb-FOTOLAR15.07.2026 - 08:30
Məktəblərdə hər bir şagirdin rəqəmsal alətlərə çıxışının təmin edilməsi hədəflənir15.07.2026 - 08:25
Vüsal Xanlarov: Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanılıb15.07.2026 - 08:20
Təhsil platformasının istifadəçilərinin sayı 2 milyona çatacaq, süni intellekt əsaslı yeni imkanlar tətbiq olunacaq15.07.2026 - 08:15
Bakının vizit kartı olan abidələrin müəllifi – Xalq rəssamı Cəlal Qaryağdı-FOTO15.07.2026 - 08:09
BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq15.07.2026 - 08:02
“UNEC Ekspert” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub15.07.2026 - 05:59
Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib15.07.2026 - 05:45
Xəzər Universitetinin KDI komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb15.07.2026 - 05:30
UNEC tələbələri “Maliyyəçisən” yay təcrübə proqramının qalibi olublar15.07.2026 - 05:21
UFAZ tələbələri Fransada keçirilən Yay Məktəbini uğurla başa vurublar15.07.2026 - 05:12
ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib15.07.2026 - 05:01
ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub15.07.2026 - 04:41
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09