Ali təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində təkrar ali təhsil almaq istəyən namizədlərin seçim mərhələləri davam edir.
“Tehsil365” xəbər verir ki, iyulun 15-də Bakı Slavyan Universitetində (BSU) əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə “Psixologiya” ixtisasına müraciət edən namizədlər üçün müsahibə mərhələsi keçirilib.
Müsahibə zamanı namizədlərin ixtisasa marağı, motivasiyası və müvafiq sahə üzrə bilikləri qiymətləndirilib.
Qeyd edək ki, təkrar ali təhsil müxtəlif ixtisas sahiblərinə yeni istiqamətdə ali təhsil almaq və peşə imkanlarını genişləndirmək imkanı yaradır.

