Universitetlərdə elmi tədqiqatların təşviqi və yeni layihələrin dəstəklənməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi davam edir. Bu istiqamətdə növbəti təşəbbüslərdən biri də Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 4-cü Daxili Qrant Müsabiqəsini elan edib.
Bildirilib ki, müsabiqə üç əsas kateqoriya üzrə keçiriləcək. Bunlara fundamental tədqiqatlar, tətbiqi layihələr və gənc alimlər kateqoriyaları daxildir.
Müsabiqə çərçivəsində konkret tədqiqat istiqamətləri üzrə layihələr qəbul olunacaq. Müraciət etmək istəyən şəxslər sənədlərini 15 sentyabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.
Əlavə məlumat üçün müraciət ünvanı: unec.qrant@unec.edu.az
Əlaqə nömrələri: 055 313 53 65, 012 492 59 03 (daxili: 1180).

