Gənclərin inkişafına, onların bilik və bacarıqlarının artırılmasına yönələn müxtəlif layihələr və düşərgələr təhsil müəssisələrinin dəstəyi ilə davam etdirilir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi “Gələcəyin Qurucuları 3” düşərgəsinin qonağı olub.
Görüş zamanı düşərgə iştirakçıları ilə fikir mübadiləsi aparılıb, gənclərin təhsil, inkişaf və gələcək karyera imkanları ilə bağlı məsələlər müzakirə edilib.
ADPU rəhbərliyi gənclərin təşəbbüslərinin dəstəklənməsinin, onların yeni bilik və bacarıqlar əldə etməsi üçün yaradılan imkanların əhəmiyyətini vurğulayıb.

