Təhsil sistemində rəqəmsal bacarıqların inkişaf etdirilməsi və şagirdlərin yeni texnologiyalarla tanışlığının artırılması istiqamətində yeni layihələr həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov sentyabrdan etibarən beşinci sinifdən başlayaraq süni intellekt üzrə modulların tədris olunacağını bildirib.
O qeyd edib ki, layihə hazırda bütün ölkəni əhatə etmir və müəyyən məktəblərdə həyata keçirilir.
Vüsal Xanlarovun sözlərinə görə, əsas məqsəd gələcək mərhələlərdə layihəyə 500 mindən çox şagirdin cəlb edilməsidir.

