Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq və elmi fəaliyyətləri qlobal inkişaf məqsədlərinə uyğun istiqamətdə genişlənir. Bu çərçivədə universitetlər dayanıqlı inkişaf təşəbbüslərinə müxtəlif layihələrlə dəstək verirlər.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Tibb Universiteti (ATU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq əməkdaşlıq vasitəsilə töhfə verməyə davam edir.

