Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib.
“Tehsil 365” xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib.
K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.

