"Nüvə silahının yerləşdirilməsi barədə qərar milli maraqlar çərçivəsində və ya NATO-nun kollektiv qərarı əsasında qəbul edilərsə, bu, həyata keçiriləcək", - deyə Rinkeviç bildirib.
“Tehsil 365” xəbər verir ki, NATO-nun nüvə çəkindirməsi Rusiyanın nüvə ritorikasından fərqli olaraq müdafiə xarakteri daşıyır.
Həmçinin o qeyd edib ki, Litvadan fərqli olaraq Latviyanın konstitusiyasında nüvə silahının yerləşdirilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Daha əvvəl Litva parlamenti ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın konstitusiyadan çıxarılması ilə bağlı qanun layihəsinə baxmağa başlayıb.
Parlamentin spikeri Yozas Olekas vurğulamışdı ki, aqressiya təhlükəsi, aqressiya halı və ya kollektiv müdafiə vəziyyətində Litva ərazisində nüvə silahının olmasının qarşısını alan konstitusion qadağa dəyişən təhlükəsizlik şəraitinə və Litvanın milli təhlükəsizlik maraqlarına uyğun gəlmir.

