Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 illik yubileyi qeyd olunur.
“Tehsil 365”xəbər verir ki, yarandığı ilk gündən Akademiya Beynəlxalq Dəniz Təşkilatının (BDT) "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurub.
Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış, müvafiq qaydada təsdiq edilərək BDT tərəfindən qəbul olunub.
ADDA 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib.

