Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir

14316.07.2026 - 04:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.

Elm və Təhsil Nazirliyindən “Tehsil365” ə bildirilib ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə müəyyən edilmiş ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır və dövlət hesabına maliyyələşdirilir. 

 

İkili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son bir il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.

 

İkili diplom proqramı çərçivəsində İTÜ-nün professor-müəllim heyəti tədris prosesinə cəlb olunacaq, tələbələr Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təhsil alacaq, istehsalat təcrübəsini isə Türkiyədə keçəcəklər. Eyni zamanda Türkiyədə yay məktəbində də iştirak imkanı qazanacaqlar. Təhsil müddətində tələbələr nəzəri biliklərlə yanaşı, real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik həllərinin hazırlanması sahələrində peşəkar bacarıqlar qazanacaqlar.

 

Müasir laboratoriyalar, sənaye müəssisələri ilə əməkdaşlıq və praktik yönümlü tədris sayəsində tələbələr əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə edə, ölkənin infrastrukturunun, sənayesinin və texnoloji inkişafının dəstəklənməsinə, eləcə də innovativ və dayanıqlı həllərin hazırlanmasına töhfə verməyə hazır mütəxəssis kimi formalaşacaqlar. 

 

Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.

Nuray Babayeva

Xəbər Lenti

“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi16.07.2026 - 08:14
Küləyin sürəti 21 m/s-ə çatır16.07.2026 - 08:10
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb16.07.2026 - 08:10
FAO: Planetimizin hər üç sakinindən biri sağlam qidalanmaq imkanına malik deyil16.07.2026 - 08:04
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim təşkil edib-FOTOLAR16.07.2026 - 08:00
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq16.07.2026 - 08:00
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub16.07.2026 - 07:55
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib16.07.2026 - 07:51
MİQ imtahanı onlar üçün yenidən keçiriləcək16.07.2026 - 07:41
25 ölkə peşə təhsilində süni intellektin tətbiqinə başlayıb16.07.2026 - 07:33
Balınız az olsa da tələbə ola bilərsiniz - II qrup üzrə ən aşağı keçid BALLARI16.07.2026 - 07:26
ABŞ həmin ölkə ilə müharibəyə hazırlaşır - İran deyil16.07.2026 - 06:59
Azərbaycan nefti cüzi bahalaşdı, 86 dolları ötdü16.07.2026 - 06:56
Azərbaycanda 39 nəfərə elmi dərəcə verilməsindən imtina edildi16.07.2026 - 06:51
Anar Quliyev: WUF13 qlobal öhdəliklərdən yerli icraya keçidi ön plana çıxardı16.07.2026 - 06:20
Azərbaycan və UN-Habitat işğaldan azad edilmiş kəndlərin planlaşdırılması üzrə saziş imzalayıb16.07.2026 - 06:12
Tahir Salahovun Ev-Muzeyi yenilənəcək və rəqəmsallaşdırılacaq16.07.2026 - 06:04
AzTU ilə Ankara Universitetinin ilk ikili diplom proqramının ilk məzun buraxılışı olub16.07.2026 - 05:55
Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir16.07.2026 - 05:42
Kimya İnstitutunda ADNSU-nun mütəxəssislərinin iştirakı ilə süni intellektin kimya və kemoinformatikada tətbiqinə həsr olunan elmi seminar keçirilib16.07.2026 - 05:33
BMU tələbələri innovativ rəqəmsal layihələrini təqdim ediblər16.07.2026 - 05:20
Əcnəbi vətəndaşlar SDU-ya elektron qaydada müraciət edə bilərlər16.07.2026 - 05:11
Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrin regional layihələr çərçivəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq edir16.07.2026 - 05:02
BMU-İNHA ikili diplom proqramında təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib16.07.2026 - 04:52
UFAZ-ın müəllimləri Fransada tədqiqat səfərində olublar16.07.2026 - 04:43
ADNSU-da Elmi Şuranın iclasında illik fəaliyyətin yekunları və yeni tədris ili üzrə prioritetlər müzakirə olunub16.07.2026 - 04:35
BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq16.07.2026 - 04:25
MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi16.07.2026 - 04:09
Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub16.07.2026 - 04:02
Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub15.07.2026 - 18:52
Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətə başlamasından 30 il ötür15.07.2026 - 18:50
Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb15.07.2026 - 18:42
Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır15.07.2026 - 18:24
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib15.07.2026 - 18:18
Pelleqrininin Azərbaycana səfəri başa çatdı15.07.2026 - 17:54
Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq15.07.2026 - 17:50
44 yaşlı müəllim vəfat etdi15.07.2026 - 17:45
Həmin müəllimlər işdən kənarlaşmalı olacaq...15.07.2026 - 17:38
ETN-nin 60 xidmətinin “myGov” platformasına inteqrasiyası planlaşdırılır15.07.2026 - 14:16
Məleykə Abbaszadə magistratura üzrə ixtisas seçimi ilə bağlı tövsiyələr verib15.07.2026 - 14:10
Azərbaycan Tibb Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini davam etdirir - FOTOLAR15.07.2026 - 14:06
Beşinci sinifdən etibarən süni intellekt üzrə modullar tədris olunacaq15.07.2026 - 14:02
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim edib - FOTOLAR15.07.2026 - 13:58
Qarabağ Universitetində İTÜ ilə ikili diplom proqramına start veriləcək15.07.2026 - 13:52
ADPU rəhbərliyi “Gələcəyin Qurucuları 3” düşərgəsinin qonağı olub - FOTOLAR15.07.2026 - 13:47
UNEC Zaqatala filialında region müəssisələrində rəqəmsallaşma ilə bağlı tədqiqat işi hazırlanıb15.07.2026 - 13:37
NDU tələbələri Ankara Universitetində klinik təcrübə proqramında iştirak edirlər - FOTOLAR15.07.2026 - 13:32