2026/2027-ci tədris ili üzrə Sumqayıt Dövlət Universitetinin hazırlıq kursu, bakalavr və magistratura səviyyələrinə əcnəbi vətəndaşların qəbulu elektron qaydada həyata keçirilir.
SDU-dan “Tehsil365” ə bildirilib ki, universitetə qəbul olmaq istəyən əcnəbi vətəndaşlar müraciətlərini portal.edu.az elektron portalı vasitəsilə təqdim edə bilərlər.
Müraciət zamanı namizədlər
Tam orta təhsil haqqında attestat və əlavəsi
(xarici ölkədə əldə olunmuş sənədlər üçün apostil və notarial qaydada Azərbaycan dilinə tərcümə tələb olunur)Pasportun surəti
(pasportun etibarlılıq müddəti minimum 1 il olmalıdır)Sağlamlıq haqqında arayış
(QİÇS, Hepatit B və Hepatit C viruslarının daşıyıcısı olmaması barədə tibbi sənəd daxil olmaqla)Əgər varsa, bakalavr diplomu və əlavəsi
(xaricdə alınmış sənədlər üçün apostil və notarial tərcümə tələb olunur)
Qəbul qaydaları, tələb olunan sənədlər, müraciət prosesi və digər məslələrlə bağlı ətraflı məlumatı Sumqayıt Dövlət Universitetinin rəsmi internet səhifəsinin "Əcnəbi vətəndaşların qəbulu" bölməsindən əldə etmək mümkündür.

