Təhsil 365 - Logo Mobile

BMU tələbələri innovativ rəqəmsal layihələrini təqdim ediblər

14116.07.2026 - 05:20
BMU tələbələri innovativ rəqəmsal layihələrini təqdim ediblər

Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin III kurs tələbələri hazırladıqları innovativ proqram təminatı və rəqəmsal layihələri təqdim ediblər.

BMU-dan “Tehsil365” ə bildirilib ki, təqdimat zamanı tələbələr real problemlərin həllinə yönəlmiş beş fərqli layihənin ideyası, texniki imkanları, işləmə prinsipi və gələcək inkişaf perspektivləri barədə məlumat veriblər. Layihələrin hazırlanmasında müasir proqramlaşdırma texnologiyalarından istifadə olunub, tələbələr nəzəri biliklərini praktik məhsullara çevirmək bacarıqlarını nümayiş etdiriblər.

 Təqdim olunan layihələrdən biri “Exam-AI” platformasıdır. Həbib Pənahlı, Abdulla Abbasov, Qurban Sadıqlı, Nihat Mərdanov və Aydın Əliyev tərəfindən hazırlanan layihə təhsil müəssisələrində imtahanların təşkili, keçirilməsi və qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılmasını nəzərdə tutur. Java əsaslı intellektual platformada müəllim və tələbə panelləri vahid sistemdə birləşdirilib. Sistem testlərin avtomatik yoxlanılması, nəticələrin təhlili və hesabatların hazırlanması imkanlarına malikdir.

“Masam” layihəsi restoranlarda hesabın təqdim olunması və ödəniş prosesinin daha sürətli, rahat həyata keçirilməsinə xidmət edir. Sənan Həsənli, Aqil Qasımov, Yusif Cəfərli, Əli Kərimov, Amin Mirəliyev və Nurlan Nəcəfov tərəfindən hazırlanan bu sistem vasitəsilə müştərilər masa üzərində yerləşdirilən QR kodu skan edərək hesablarını smartfonlarında görə və ödənişi birbaşa həyata keçirə bilirlər. Layihə müştərilərin ofisiantı gözləməsinə ehtiyacı azaldır və restoranların idarəetmə prosesinin rəqəmsallaşdırılmasına imkan yaradır.

Polad Əliyev, İsaməddin Qurbanov, İslam Ağabalayev və Xəyal Şərifovun təqdim etdikləri digər layihə “StartTap” platformasıdır. Platforma innovativ ideyaya malik şəxslərin uyğun komanda üzvləri, həmtəsisçilər və tərəfdaşlar tapmasına kömək edir. Həmçinin istifadəçilərin bacarıqları, maraqları və məqsədləri əsasında əlaqə qurmasına, yeni komandalar formalaşdırmasına və startap layihələrini birgə inkişaf etdirməsinə şərait yaradır.

Həbib Pənahlının hazırladığı “Linux əsaslı WhatsApp botu” isə istifadəçinin məşğul olduğu və ya istirahət etdiyi vaxtlarda daxil olan zəng və mesajların avtomatlaşdırılmış şəkildə idarə edilməsini təmin edir. Node.js və Puppeteer texnologiyaları əsasında yaradılmış bot bildirişləri tanıyır, arzuolunmaz müraciətləri filtrləyir və qarşı tərəfə əvvəlcədən müəyyən edilmiş fərdiləşdirilmiş cavablar göndərir

“RetroRide” layihəsi isə Azərbaycanda klassik və retro avtomobillərə maraq göstərən şəxslər üçün ixtisaslaşmış rəqəmsal platformadır. Nihad Musayev və Nihat Dəmirovun ərsəyə gətirdiyi platforma klassik avtomobil sahiblərini və potensial alıcıları bir araya gətirir. İstifadəçilər avtomobillər haqqında ətraflı məlumat və şəkillər yerləşdirə, xüsusi filtrlər vasitəsilə axtarış apara və satıcılarla birbaşa əlaqə yarada bilirlər.

Təqdimatlar zamanı tələbələr layihələrin işlək prototiplərini və əsas funksiyalarını nümayiş etdiriblər. 

Müəllim Rüstəm Əzimovun rəhbərliyi ilə həyata keçirilən bu layihə fəaliyyəti tələbələrin proqramlaşdırma, komanda işi, analitik düşünmə, problemin müəyyənləşdirilməsi, innovativ həllərin hazırlanması və rəqəmsal məhsulların təqdim edilməsi üzrə praktiki bacarıqlarının inkişafına mühüm töhfə verib.

Nuray Babayeva

Xəbər Lenti

Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb16.07.2026 - 08:19
“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi16.07.2026 - 08:14
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb16.07.2026 - 08:10
Küləyin sürəti 21 m/s-ə çatır16.07.2026 - 08:10
FAO: Planetimizin hər üç sakinindən biri sağlam qidalanmaq imkanına malik deyil16.07.2026 - 08:04
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim təşkil edib-FOTOLAR16.07.2026 - 08:00
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq16.07.2026 - 08:00
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub16.07.2026 - 07:55
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib16.07.2026 - 07:51
MİQ imtahanı onlar üçün yenidən keçiriləcək16.07.2026 - 07:41
25 ölkə peşə təhsilində süni intellektin tətbiqinə başlayıb16.07.2026 - 07:33
Balınız az olsa da tələbə ola bilərsiniz - II qrup üzrə ən aşağı keçid BALLARI16.07.2026 - 07:26
ABŞ həmin ölkə ilə müharibəyə hazırlaşır - İran deyil16.07.2026 - 06:59
Azərbaycan nefti cüzi bahalaşdı, 86 dolları ötdü16.07.2026 - 06:56
Azərbaycanda 39 nəfərə elmi dərəcə verilməsindən imtina edildi16.07.2026 - 06:51
Anar Quliyev: WUF13 qlobal öhdəliklərdən yerli icraya keçidi ön plana çıxardı16.07.2026 - 06:20
Azərbaycan və UN-Habitat işğaldan azad edilmiş kəndlərin planlaşdırılması üzrə saziş imzalayıb16.07.2026 - 06:12
Tahir Salahovun Ev-Muzeyi yenilənəcək və rəqəmsallaşdırılacaq16.07.2026 - 06:04
AzTU ilə Ankara Universitetinin ilk ikili diplom proqramının ilk məzun buraxılışı olub16.07.2026 - 05:55
Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir16.07.2026 - 05:42
Kimya İnstitutunda ADNSU-nun mütəxəssislərinin iştirakı ilə süni intellektin kimya və kemoinformatikada tətbiqinə həsr olunan elmi seminar keçirilib16.07.2026 - 05:33
Əcnəbi vətəndaşlar SDU-ya elektron qaydada müraciət edə bilərlər16.07.2026 - 05:11
Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrin regional layihələr çərçivəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq edir16.07.2026 - 05:02
BMU-İNHA ikili diplom proqramında təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib16.07.2026 - 04:52
UFAZ-ın müəllimləri Fransada tədqiqat səfərində olublar16.07.2026 - 04:43
ADNSU-da Elmi Şuranın iclasında illik fəaliyyətin yekunları və yeni tədris ili üzrə prioritetlər müzakirə olunub16.07.2026 - 04:35
BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq16.07.2026 - 04:25
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir16.07.2026 - 04:16
MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi16.07.2026 - 04:09
Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub16.07.2026 - 04:02
Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub15.07.2026 - 18:52
Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətə başlamasından 30 il ötür15.07.2026 - 18:50
Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb15.07.2026 - 18:42
Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır15.07.2026 - 18:24
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib15.07.2026 - 18:18
Pelleqrininin Azərbaycana səfəri başa çatdı15.07.2026 - 17:54
Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq15.07.2026 - 17:50
44 yaşlı müəllim vəfat etdi15.07.2026 - 17:45
Həmin müəllimlər işdən kənarlaşmalı olacaq...15.07.2026 - 17:38
ETN-nin 60 xidmətinin “myGov” platformasına inteqrasiyası planlaşdırılır15.07.2026 - 14:16
Məleykə Abbaszadə magistratura üzrə ixtisas seçimi ilə bağlı tövsiyələr verib15.07.2026 - 14:10
Azərbaycan Tibb Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini davam etdirir - FOTOLAR15.07.2026 - 14:06
Beşinci sinifdən etibarən süni intellekt üzrə modullar tədris olunacaq15.07.2026 - 14:02
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim edib - FOTOLAR15.07.2026 - 13:58
Qarabağ Universitetində İTÜ ilə ikili diplom proqramına start veriləcək15.07.2026 - 13:52
ADPU rəhbərliyi “Gələcəyin Qurucuları 3” düşərgəsinin qonağı olub - FOTOLAR15.07.2026 - 13:47
UNEC Zaqatala filialında region müəssisələrində rəqəmsallaşma ilə bağlı tədqiqat işi hazırlanıb15.07.2026 - 13:37