Təhsil 365 - Logo Mobile

Balınız az olsa da tələbə ola bilərsiniz - II qrup üzrə ən aşağı keçid BALLARI

14216.07.2026 - 07:26
Balınız az olsa da tələbə ola bilərsiniz - II qrup üzrə ən aşağı keçid BALLARI

Artıq bütün ixtisas qrupları üzrə qəbul imtahanları başa çatıb. Abituriyentlər üçün növbəti, ən məsuliyyətli mərhələ - ixtisas seçimi prosesi başlayacaq. Ekspertlərin fikrincə, bu il bütün ixtisas qruplarında rəqabət ötən illərlə müqayisədə daha yüksək olacaq. Xüsusilə II ixtisas qrupu üzrə vəziyyətin daha gərgin olacağı, keçid balları və müsabiqənin daha sərt keçəcəyi proqnozlaşdırılır.


İxtisas seçimi mərhələsinə sayılı günlər qaldıqca abituriyentləri ən çox düşündürən məsələlərdən biri də universitet və ixtisaslar üzrə formalaşan keçid ballarıdır.

Xüsusilə imtahanda nisbətən aşağı nəticə göstərən abituriyentlər “Bu balla haraya qəbul olmaq mümkündür?”, “Hansı ixtisaslarda şansım daha yüksəkdir?” kimi suallara cavab axtarırlar.

”Tehsil 365”xəbər veriri2025-ci ilin qəbul nəticələrinə əsaslanaraq II ixtisas qrupu üzrə formalaşan keçid ballarını araşdırıb, ən aşağı balla tələbə qəbul edən ali təhsil müəssisələri və ixtisasların siyahısını hazırlayıb.


Bu siyahı abituriyentlər üçün seçim mərhələsində daha real təsəvvür formalaşdırmağa kömək edəcək.


2025-ci ilin qəbul nəticələrinə əsasən II ixtisas qrupu üzrə ən aşağı keçid balı Gəncə Dövlət Universitetinin “Turizm bələdçiliyi” (qiyabi forma) ixtisasında qeydə alınıb. Bu ixtisasa qəbul üçün keçid balı 155.3 olub.


Bakı Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas turizm işinin təşkili (Qazax filialı) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 155.1, qiyabi formada isə 159.4 bal təşkil edib.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 242.4 balla iqtisadiyyat, 251.5 balla tarix və coğrafiya müəllimliyi - Qazax filialı, 275.1 balla menecment, 304.5 balla hidrometeorologiya, 308 balla beynəlxalq ticarət və logistika, 315.1 balla biznesin idarə edilməsi və 324.9 balla coğrafiya ixtisasları olub.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 278 balla menecment olub. Bu ixtisas üzrə tədris ingilis dilində keçid balı 322.1 təşkil edib.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 288.6 balla marketinq, 303.3 balla biznesin idarə edilməsi (tədris ingilis dilində 329.6 bal), 315.6 balla beynəlxalq ticarət və logistika və 326.6 balla iqtisadiyyat ixtisasları olub.


Azərbaycan Texniki Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 272 balla menecment olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 280.6 balla marketinq, 287.9 balla biznesin idarə edilməsi (tədris ingilis dilində 298.7 bal), 303.4 balla iqtisadiyyat (tədris ingilis dilində 289.1 bal), 305.3 balla beynəlxalq ticarət və logistika və 314.2 balla nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasları olub.


Azərbaycan Memarlıq və İnşaat Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar qiyabi formada 200 balla iqtisadiyyat və menecment olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 229.2 balla davamlı inkişaf, 239.1 balla marketinq (qiyabi forma), 242.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 245 balla menecment, 261.6 balla marketinq (tədris ingilis dilində 294.4 bal), 271.3 balla biznesin idarə edilməsi və 276.8 balla iqtisadiyyat ixtisasları olub.


Azərbaycan Dövlət Pedaqoji Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla coğrafiya müəllimliyi (Quba filialı) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 219.6 balla tarix və coğrafiya müəllimliyi (Cəlilabad filialı), 246.9 balla tarix və coğrafiya müəllimliyi (Şamaxı filialı), 278.2 balla coğrafiya müəllimliyi və 298.1 balla tarix və coğrafiya müəllimliyi (Şəki filialı) ixtisasları olub.


Azərbaycan Dövlət İqtisad Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 171.9 balla turizm işinin təşkili (Zaqatala filialı) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 196.5 balla biznesin idarə edilməsi (Zaqatala filialı), 200 balla beynəlxalq ticarət və logistika (qiyabi forma), dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma və Zaqatala filialı), iqtisadiyyat (qiyabi forma və Zaqatala filialı), maliyyə (Zaqatala filialı), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma və Zaqatala filialı), 235.3 balla maliyyə (qiyabi forma), 249.4 balla marketinq (qiyabi forma), 251.1 balla biznesin idarə edilməsi (qiyabi forma), 297.3 balla dövlət və bələdiyyə idarəetməsi (tədris türk dilində), 322.2 balla dövlət və bələdiyyə idarəetməsi, 324.8 balla biznesin idarə edilməsi (tədris türk dilində) və 335.3 balla menecment ixtisasları olub.


Bakı Mühəndislik Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla mühasibat və nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) olub. Bu ixtisasların qiyabi forması da 200 bal olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 207.1 balla iqtisadiyyat (tədris ingilis dilində), 211.5 balla marketinq (qiyabi forma), 221.5 balla dövlət və bələdiyyə idarəetməsi, 225.6 balla biznesin idarə edilməsi (qiyabi forma), 238.4 balla beynəlxalq ticarət və logistika (qiyabi forma 200 bal), 243 balla iqtisadiyyat (qiyabi forma 200 bal), 244.1 balla turizm işinin təşkili, 253.2 balla marketinq, 260.8 balla biznesin idarə edilməsi və 263 balla maliyyə ixtisasları olub.


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 272.8 balla turizm bələdçiliyi olub.


Universitetdə digər ixtisaslar 298 balla turizm işinin təşkili və 303.8 balla sosiologiya ixtisasıdır.


Azərbaycan Turizm və Menecment Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla menecment olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 211.3 balla dövlət və bələdiyyə idarəetməsi, 246.2 balla beynəlxalq ticarət və logistika, 250.1 balla maliyyə, 265.2 balla biznesin idarə edilməsi, 288.8 balla turizm bələdçiliyi (qiyabi forma 201 bal) ixtisaslarıdır.


Milli Aviasiya Akademiyasında II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla maliyyə (tədris ingilis dilində) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 251.4 balla menecment, 272.3 balla biznesin idarə edilməsi və 282.4 balla iqtisadiyyat ixtisaslarıdır.


Qarabağ Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 201.6 balla turizm işinin təşkili olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 215.4 balla coğrafiya müəllimliyi, 224 balla maliyyə, 250.4 balla dövlət və bələdiyyə idarəetməsi, 259.1 balla beynəlxalq ticarət və logistika, 292.3 balla menecment və 299.3 balla iqtisadiyyat ixtisaslarıdır.


Naxçıvan Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla mühasibat (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 248.1 balla iqtisadiyyat (qiyabi forma), 287.4 balla marketinq, 293 balla turizm işinin təşkili, 298.9 balla menecment, 321.7 balla dövlət və bələdiyyə idarəetməsi və 326 balla coğrafiya ixtisaslarıdır.


Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə Şəhəri) II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 187.4 balla marketinq olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla menecment və mühasibat (qiyabi və tədris ingilis dilində 200 bal), 210.8 balla iqtisadiyyat (qiyabi forma 200 bal, tədris ingilis dilində 279.7 bal) və 222.3 balla biznesin idarə edilməsi ixtisasıdır.


Gəncə Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 157.8 balla turizm bələdçiliyi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 167.3 balla turizm işinin təşkili (qiyabi forma), 172.9 balla marketinq (qiyabi forma), 174.5 balla turizm bələdçiliyi, 177.4 balla turizm işinin təşkili, 182.6 balla marketinq, 190 balla biznesin idarə edilməsi (qiyabi forma), 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (qiyabi forma), maliyyə, menecment və mühasibat ixtisaslarıdır.


Azərbaycan Texnologiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 155.8 balla turizm bələdçiliyi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 158.1 balla turizm bələdçiliyi, 162.3 balla turizm işinin təşkili (qiyabi forma), 163.5 balla turizm işinin təşkili, 170.3 balla marketinq (qiyabi forma), 180.3 balla marketinq, 200 balla beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma və tədris ingilis dilində), menecment, mühasibat və nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə), 200.4 balla biznesin idarə edilməsi ixtisaslarıdır.


Sumqayıt Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla beynəlxalq ticarət və logistika (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 208.2 balla marketinq (qiyabi forma), 213.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 229.5 balla iqtisadiyyat (qiyabi forma 200 bal), 245 balla marketinq, 249.5 balla maliyyə (qiyabi forma 200 bal) və 251.9 balla biznesin idarə edilməsi ixtisaslarıdır.


Mingəçevir Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 156.3 balla turizm bələdçiliyi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 161.9 balla turizm işinin təşkili (qiyabi forma), 162 balla turizm bələdçiliyi, 168.6 balla marketinq (qiyabi forma), 172.9 balla turizm işinin təşkili, 182.2 balla biznesin idarə edilməsi (qiyabi forma), 189.7 balla marketinq, 200 balla dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) ixtisaslarıdır.


Lənkəran Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 155.3 balla turizm bələdçiliyi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 160.4 balla turizm işinin təşkili (qiyabi forma), 170.3 balla turizm bələdçiliyi, 170.8 balla marketinq (qiyabi forma), 174.8 balla turizm işinin təşkili və 189 balla marketinq ixtisaslarıdır.


Azərbaycan Kooperasiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 173.2 balla turizm bələdçiliyi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 177.6 balla turizm işinin təşkili (qiyabi forma), 179.5 balla marketinq (qiyabi forma), 184.5 balla turizm bələdçiliyi, 185.2 balla biznesin idarə edilməsi (qiyabi forma), 190.2 balla marketinq, 198.8 balla biznesin idarə edilməsi, 200 balla beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) ixtisaslarıdır.


Azərbaycan Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 189 balla turizm işinin təşkili (qiyabi forma) və 198.8 balla marketinq (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla beynəlxalq ticarət və logistika, iqtisadiyyat (qiyabi forma), maliyyə (tədris ingilis dilində), menecment və mühasibat (tədris ingilis dilində), 210.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 215.1 balla turizm işinin təşkili, 224.3 balla turizm işinin təşkili (tədris ingilis dilində), 229.6 balla marketinq, 244.1 balla biznesin idarə edilməsi və 253 balla marketinq (tədris ingilis dilində), 258.9 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisaslarıdır.


Qərbi Kaspi Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 176 balla turizm işinin təşkili (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 182.9 balla marketinq (qiyabi forma), 183.4 balla turizm bələdçiliyi, 186.9 balla turizm işinin təşkili (tədris ingilis dilində), 191 balla biznesin idarə edilməsi (qiyabi forma), 196 balla turizm işinin təşkili, 200 balla iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma) və mühasibat (qiyabi forma), 201.2 balla marketinq və 207.3 balla biznesin idarə edilməsi ixtisaslarıdır.


Xəzər Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla coğrafiya müəllimliyi, iqtisadiyyat (tədris ingilis dilində), maliyyə (tədris ingilis dilində), menecment (tədris ingilis dilində) və mühasibat (tədris ingilis dilində) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 228.7 balla marketinq (tədris ingilis dilində), 238.5 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) və 285.8 balla turizm işinin təşkili (tədris ingilis dilində) ixtisaslarıdır.


Bakı Avrasiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 184.6 balla turizm işinin təşkili (qiyabi forma) və 191 balla marketinq (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, menecment və mühasibat, 202.4 balla turizm işinin təşkili, 211.5 balla marketinq, 220.1 balla biznesin idarə edilməsi və 222.4 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisaslarıdır.


Odlar Yurdu Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 180.1 balla turizm işinin təşkili (qiyabi forma) və 186 balla marketinq (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 195.5 balla biznesin idarə edilməsi (qiyabi forma), 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (tədris ingilis dilində), maliyyə (tədris ingilis dilində və qiyabi forma), menecment (qiyabi və tədris ingilis dilində), mühasibat (qiyabi və tədris ingilis dilində), 202.6 balla turizm işinin təşkili, 209.5 balla turizm işinin təşkili (tədris ingilis dilində), 214.5 balla marketinq və 230.7 balla biznesin idarə edilməsi ixtisaslarıdır.


Bakı Biznes Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 187.2 balla marketinq (qiyabi forma) və 195.3 balla biznesin idarə edilməsi (qiyabi forma) olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (qiyabi və tədris ingilis dilində), maliyyə, menecment (qiyabi forma və qiyabi), mühasibat (qiyabi forma və qiyabi) və 203.6 balla marketinq, 218.3 balla biznesin idarə edilməsi ixtisaslarıdır.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 190.7 balla marketinq (qiyabi forma) və 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə və mühasibat (qiyabi forma) ixtisasları olub.


Universitetdə aşağı keçid balına malik digər ixtisas 206.5 balla marketinq ixtisasıdır.

Türkan Allahquliyeva

Xəbər Lenti

Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb16.07.2026 - 08:19
“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi16.07.2026 - 08:14
Küləyin sürəti 21 m/s-ə çatır16.07.2026 - 08:10
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb16.07.2026 - 08:10
FAO: Planetimizin hər üç sakinindən biri sağlam qidalanmaq imkanına malik deyil16.07.2026 - 08:04
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim təşkil edib-FOTOLAR16.07.2026 - 08:00
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq16.07.2026 - 08:00
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub16.07.2026 - 07:55
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib16.07.2026 - 07:51
MİQ imtahanı onlar üçün yenidən keçiriləcək16.07.2026 - 07:41
25 ölkə peşə təhsilində süni intellektin tətbiqinə başlayıb16.07.2026 - 07:33
ABŞ həmin ölkə ilə müharibəyə hazırlaşır - İran deyil16.07.2026 - 06:59
Azərbaycan nefti cüzi bahalaşdı, 86 dolları ötdü16.07.2026 - 06:56
Azərbaycanda 39 nəfərə elmi dərəcə verilməsindən imtina edildi16.07.2026 - 06:51
Anar Quliyev: WUF13 qlobal öhdəliklərdən yerli icraya keçidi ön plana çıxardı16.07.2026 - 06:20
Azərbaycan və UN-Habitat işğaldan azad edilmiş kəndlərin planlaşdırılması üzrə saziş imzalayıb16.07.2026 - 06:12
Tahir Salahovun Ev-Muzeyi yenilənəcək və rəqəmsallaşdırılacaq16.07.2026 - 06:04
AzTU ilə Ankara Universitetinin ilk ikili diplom proqramının ilk məzun buraxılışı olub16.07.2026 - 05:55
Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir16.07.2026 - 05:42
Kimya İnstitutunda ADNSU-nun mütəxəssislərinin iştirakı ilə süni intellektin kimya və kemoinformatikada tətbiqinə həsr olunan elmi seminar keçirilib16.07.2026 - 05:33
BMU tələbələri innovativ rəqəmsal layihələrini təqdim ediblər16.07.2026 - 05:20
Əcnəbi vətəndaşlar SDU-ya elektron qaydada müraciət edə bilərlər16.07.2026 - 05:11
Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrin regional layihələr çərçivəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq edir16.07.2026 - 05:02
BMU-İNHA ikili diplom proqramında təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib16.07.2026 - 04:52
UFAZ-ın müəllimləri Fransada tədqiqat səfərində olublar16.07.2026 - 04:43
ADNSU-da Elmi Şuranın iclasında illik fəaliyyətin yekunları və yeni tədris ili üzrə prioritetlər müzakirə olunub16.07.2026 - 04:35
BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq16.07.2026 - 04:25
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir16.07.2026 - 04:16
MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi16.07.2026 - 04:09
Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub16.07.2026 - 04:02
Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub15.07.2026 - 18:52
Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətə başlamasından 30 il ötür15.07.2026 - 18:50
Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb15.07.2026 - 18:42
Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır15.07.2026 - 18:24
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib15.07.2026 - 18:18
Pelleqrininin Azərbaycana səfəri başa çatdı15.07.2026 - 17:54
Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq15.07.2026 - 17:50
44 yaşlı müəllim vəfat etdi15.07.2026 - 17:45
Həmin müəllimlər işdən kənarlaşmalı olacaq...15.07.2026 - 17:38
ETN-nin 60 xidmətinin “myGov” platformasına inteqrasiyası planlaşdırılır15.07.2026 - 14:16
Məleykə Abbaszadə magistratura üzrə ixtisas seçimi ilə bağlı tövsiyələr verib15.07.2026 - 14:10
Azərbaycan Tibb Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini davam etdirir - FOTOLAR15.07.2026 - 14:06
Beşinci sinifdən etibarən süni intellekt üzrə modullar tədris olunacaq15.07.2026 - 14:02
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim edib - FOTOLAR15.07.2026 - 13:58
Qarabağ Universitetində İTÜ ilə ikili diplom proqramına start veriləcək15.07.2026 - 13:52
ADPU rəhbərliyi “Gələcəyin Qurucuları 3” düşərgəsinin qonağı olub - FOTOLAR15.07.2026 - 13:47
UNEC Zaqatala filialında region müəssisələrində rəqəmsallaşma ilə bağlı tədqiqat işi hazırlanıb15.07.2026 - 13:37