Təhsil 365 - Logo Mobile

Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb

13716.07.2026 - 08:19
Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbul prosesi başlayır.

Universitetdən “Tehsil365”ə bildirilib ki, proqrama qəbul iki mərhələdən ibarətdir. Namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında iştirak etməli və BMU-İNHA İDP üçün müəyyən edilmiş keçid balını toplamalıdırlar. Növbəti mərhələdə isə müraciətçilər İNHA Universitetinin təşkil etdiyi riyaziyyat, fizika və ingilis dili fənləri üzrə daxili yazılı imtahanda uğur qazanmalıdırlar.

Qeydiyyat və sənəd qəbulu iyulun 16-dan 31-dək onlayn qaydada aparılacaq. Namizədlər tələb olunan sənədləri xüsusi elektron anket vasitəsilə təqdim edə biləcəklər. Sənəd qəbulunun son tarixi avqustun 1-i saat 23:55-dir. BMU-İNHA İDP üzrə daxili imtahan avqustun 4-də keçiriləcək, nəticələrin isə avqustun 6-da elan olunması nəzərdə tutulur.

Bildirilib ki, qəbul olunan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim edilərək DİM-də rəsmi qeydiyyata alınacaq. Proqrama qəbul qazanan abituriyentlər BMU-İNHA İDP tələbəsi statusu əldə etdiklərinə görə DİM-in ixtisas seçimi mərhələsində iştirak etməyəcəklər. Proqrama qəbul olunmayan namizədlərin isə ixtisas seçimi prosesində iştirak etmələri üçün kifayət qədər vaxt ayrılıb.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

2026/2027-ci tədris ili üzrə proqram çərçivəsində “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq. Hər bir ixtisas üzrə 26 tələbənin qəbul edilməsi planlaşdırılır.

Tədris 3+1 modelinə əsasən təşkil olunur. Tələbələr 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil alırlar. Təhsilini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin bakalavr diplomu təqdim edilir.

Xatırladaq ki, cari ildə proqram üzrə 113 tələbə məzun olub. Bununla da BMU-İNHA ikili diplom proqramı üzrə məzunların ümumi sayı 256 nəfərə çatıb.

Afin Mahmudov

Xəbər Lenti

ATU-nun beynəlxalq uğuru - FOTOLAR16.07.2026 - 13:38
UNEC-in kollecində əlavə təhsil üçün qeydiyyat keçirilib - FOTOLAR16.07.2026 - 13:30
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb - FOTOLAR16.07.2026 - 13:17
ADU-da magistr dissertasiyalarının müdafiəsi uğurla keçirilib - FOTOLAR16.07.2026 - 13:11
BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq16.07.2026 - 13:04
UFAZ tələbələri texnologiya və innovasiya üzrə VISTAR proqramına qəbul olunublar - FOTOLAR16.07.2026 - 12:55
AzTU-da müdafiə sənayesi üçün yeni mühəndislərin hazırlanması istiqamətində işlər davam edir - FOTOLAR16.07.2026 - 12:47
Odlar Yurdu Universitetinin tələbəsi “Cyber Summer School 2026” düşərgəsini uğurla başa vurub - FOTOLAR16.07.2026 - 12:43
631 bal toplayan abituriyent Qarabağ Universitetini seçib16.07.2026 - 12:37
"Dini mövzuların təqdimatında obyektivlik vacibdir" - Gündüz İsmayılov16.07.2026 - 12:32
BMU-da magistratura səviyyəsində “Maliyyə nəzarəti və audit” ixtisaslaşması açılıb16.07.2026 - 12:25
NDU-nun hüquq tələbələrinə “Azərbaycan Vəkili” təqaüdü veriləcək16.07.2026 - 12:20
UNEC məzunu dünyanın nüfuzlu universitetlərindən magistratura qəbulu alıb16.07.2026 - 12:16
Azərbaycanda tanınan xarici elmi dərəcələrin yarıdan çoxu Türkiyənin payına düşüb - FOTO16.07.2026 - 12:13
2026/2027-ci tədris ili üzrə texniki peşə təhsili ixtisasları - FOTOLAR16.07.2026 - 12:09
Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçiriləcək16.07.2026 - 12:05
BSU tələbəsi Bolqarıstanda beynəlxalq yay seminarında iştirak edir - FOTOLAR 16.07.2026 - 12:02
Şərqşünaslıq İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirir16.07.2026 - 10:29
Rayon müəllimi MİQ-də 83 bal topladı, hədəfi Bakıda işləməkdir16.07.2026 - 10:23
Bu ölkə 14 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa hazırlaşır16.07.2026 - 10:20
“AzerGold”dan vətəndaşları diqqətli olmağa çağırır16.07.2026 - 10:11
Norveç əcnəbi tələbələr üçün təqaüd proqramı elan etdi16.07.2026 - 09:59
7 illik müəllim MİQ-də 87 bal topladı16.07.2026 - 09:52
“Birbank” bütün suallara cavab almağın asan yolunu təqdim edir16.07.2026 - 09:46
Azərbaycan iyunda mobil internet sürəti üzrə 5 pillə irəlilədi16.07.2026 - 09:42
ATU-da Rektoryanı Şuranın növbəti iclası keçirildi16.07.2026 - 09:33
MİQ imtahanında 86 bal: günün ən yüksək göstəricisi16.07.2026 - 09:28
Magistraturaya qəbul: qabiliyyət imtahanlarına start verildi16.07.2026 - 09:22
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə yeni xidmət 16.07.2026 - 09:19
37 Fələstinli tələbə Azərbaycanda təhsil alır16.07.2026 - 09:14
Bu məktəblərdə yeni təmayül tədris modeli tətbiq olunacaq16.07.2026 - 09:11
Azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün seçdiyi ölkələr - SİYAHI16.07.2026 - 09:05
Sabahın hava proqnozu açıqlanıb16.07.2026 - 08:59
Bu ilin ilk 6 ayında əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib16.07.2026 - 08:40
Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib16.07.2026 - 08:35
Mərkəzi Gömrük Hospitalında patomorfoloji müayinələr yüksək dəqiqliklə və beynəlxalq standartlarla aparılır16.07.2026 - 08:30
Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub16.07.2026 - 08:28
İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib16.07.2026 - 08:24
“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi16.07.2026 - 08:14
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb16.07.2026 - 08:10
Küləyin sürəti 21 m/s-ə çatır16.07.2026 - 08:10
FAO: Planetimizin hər üç sakinindən biri sağlam qidalanmaq imkanına malik deyil16.07.2026 - 08:04
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim təşkil edib-FOTOLAR16.07.2026 - 08:00
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq16.07.2026 - 08:00
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub16.07.2026 - 07:55
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib16.07.2026 - 07:51
MİQ imtahanı onlar üçün yenidən keçiriləcək16.07.2026 - 07:41