Təhsil 365 - Logo Mobile

Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub

15616.07.2026 - 08:28
Azərbaycan III Türk Dünyası Yay Forumunda geniş akademik heyətlə təmsil olunub

İstanbulda III Türk Dünyası Yay Forumu keçirilir.

“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Forum İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), eləcə də Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Başqanlığının (YTB) tərəfdaşlığı ilə təşkil olunub.

Artıq ənənəvi beynəlxalq akademik platformaya çevrilən Türk Dünyası Yay Forumuna bu il 26 ölkədən 150-yə yaxın alim, tədqiqatçı, ekspert, dövlət rəsmisi və siyasətçi qatılıb.

Tədbir yalnız Türk dünyası ölkələrinin nümayəndələrini deyil, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və müxtəlif Avropa ölkələrindən olan alim və ekspertləri bir araya gətirərək Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, mədəniyyət və regional əməkdaşlıq məsələlərinin elmi müstəvidə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Azərbaycan Forumda Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və ADA Universiteti kimi elm və ali təhsil müəssisələrinin tədqiqatçıları və nümayəndələri ilə təmsil olunub.

Forumun rəsmi açılış mərasimində İbn Haldun Universitetinin rəhbər heyəti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, professor Yaşar Sarı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuru Quliyev, tərəfdaş qurumların nümayəndələri, eləcə də müxtəlif ölkələrdən olan alim və ekspertlər iştirak ediblər.

Burada çıxış edənlər Türk dünyasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq elmi layihələrin təşviqi və gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Forum işini panel iclaslar və elmi müzakirələrlə davam etdirib.

Forum çərçivəsində Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri dosent Orxan Vəliyev "Milli inteqrativ siyasət kontekstində Cənubi Qafqazın yenidən dəyərləndirilməsi: Azərbaycan nümunəsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın milli inteqrativ siyasət modeli nəzəri və praktik aspektlərdən təhlil olunub, postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional inteqrasiyanın perspektivləri, dövlətlərarası əməkdaşlığın inkişaf imkanları və Azərbaycanın bölgədə oynadığı strateji rol elmi yanaşma əsasında qiymətləndirilib.

SOCAR Türkiyənin Baş icraçı direktoru (CEO) Elçin İbadov çıxış edərək Türk dünyasında enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar TDT-nin İstanbulda yerləşən qərargahını ziyarət edib, təşkilatın Baş katibinin müavini Nuru Quliyev və Orhun Mübadilə Proqramı üzrə ali təhsil məsələləri üzrə məsləhətçi Zebiniso Kamal ilə görüşüblər. Görüşdə TDT-nin ali təhsil sahəsində həyata keçirdiyi əməkdaşlıq proqramları, akademik mobilliyin genişləndirilməsi, universitetlər arasında ortaq layihələrin inkişaf etdirilməsi və Türk dünyasında elmi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Afin Mahmudov

Xəbər Lenti

ATU-nun beynəlxalq uğuru - FOTOLAR16.07.2026 - 13:38
UNEC-in kollecində əlavə təhsil üçün qeydiyyat keçirilib - FOTOLAR16.07.2026 - 13:30
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb - FOTOLAR16.07.2026 - 13:17
ADU-da magistr dissertasiyalarının müdafiəsi uğurla keçirilib - FOTOLAR16.07.2026 - 13:11
BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq16.07.2026 - 13:04
UFAZ tələbələri texnologiya və innovasiya üzrə VISTAR proqramına qəbul olunublar - FOTOLAR16.07.2026 - 12:55
AzTU-da müdafiə sənayesi üçün yeni mühəndislərin hazırlanması istiqamətində işlər davam edir - FOTOLAR16.07.2026 - 12:47
Odlar Yurdu Universitetinin tələbəsi “Cyber Summer School 2026” düşərgəsini uğurla başa vurub - FOTOLAR16.07.2026 - 12:43
631 bal toplayan abituriyent Qarabağ Universitetini seçib16.07.2026 - 12:37
"Dini mövzuların təqdimatında obyektivlik vacibdir" - Gündüz İsmayılov16.07.2026 - 12:32
BMU-da magistratura səviyyəsində “Maliyyə nəzarəti və audit” ixtisaslaşması açılıb16.07.2026 - 12:25
NDU-nun hüquq tələbələrinə “Azərbaycan Vəkili” təqaüdü veriləcək16.07.2026 - 12:20
UNEC məzunu dünyanın nüfuzlu universitetlərindən magistratura qəbulu alıb16.07.2026 - 12:16
Azərbaycanda tanınan xarici elmi dərəcələrin yarıdan çoxu Türkiyənin payına düşüb - FOTO16.07.2026 - 12:13
2026/2027-ci tədris ili üzrə texniki peşə təhsili ixtisasları - FOTOLAR16.07.2026 - 12:09
Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçiriləcək16.07.2026 - 12:05
BSU tələbəsi Bolqarıstanda beynəlxalq yay seminarında iştirak edir - FOTOLAR 16.07.2026 - 12:02
Şərqşünaslıq İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirir16.07.2026 - 10:29
Rayon müəllimi MİQ-də 83 bal topladı, hədəfi Bakıda işləməkdir16.07.2026 - 10:23
Bu ölkə 14 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa hazırlaşır16.07.2026 - 10:20
“AzerGold”dan vətəndaşları diqqətli olmağa çağırır16.07.2026 - 10:11
Norveç əcnəbi tələbələr üçün təqaüd proqramı elan etdi16.07.2026 - 09:59
7 illik müəllim MİQ-də 87 bal topladı16.07.2026 - 09:52
“Birbank” bütün suallara cavab almağın asan yolunu təqdim edir16.07.2026 - 09:46
Azərbaycan iyunda mobil internet sürəti üzrə 5 pillə irəlilədi16.07.2026 - 09:42
ATU-da Rektoryanı Şuranın növbəti iclası keçirildi16.07.2026 - 09:33
MİQ imtahanında 86 bal: günün ən yüksək göstəricisi16.07.2026 - 09:28
Magistraturaya qəbul: qabiliyyət imtahanlarına start verildi16.07.2026 - 09:22
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə yeni xidmət 16.07.2026 - 09:19
37 Fələstinli tələbə Azərbaycanda təhsil alır16.07.2026 - 09:14
Bu məktəblərdə yeni təmayül tədris modeli tətbiq olunacaq16.07.2026 - 09:11
Azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün seçdiyi ölkələr - SİYAHI16.07.2026 - 09:05
Sabahın hava proqnozu açıqlanıb16.07.2026 - 08:59
Bu ilin ilk 6 ayında əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib16.07.2026 - 08:40
Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib16.07.2026 - 08:35
Mərkəzi Gömrük Hospitalında patomorfoloji müayinələr yüksək dəqiqliklə və beynəlxalq standartlarla aparılır16.07.2026 - 08:30
İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib16.07.2026 - 08:24
Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb16.07.2026 - 08:19
“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi16.07.2026 - 08:14
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb16.07.2026 - 08:10
Küləyin sürəti 21 m/s-ə çatır16.07.2026 - 08:10
FAO: Planetimizin hər üç sakinindən biri sağlam qidalanmaq imkanına malik deyil16.07.2026 - 08:04
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim təşkil edib-FOTOLAR16.07.2026 - 08:00
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq16.07.2026 - 08:00
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub16.07.2026 - 07:55
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib16.07.2026 - 07:51
MİQ imtahanı onlar üçün yenidən keçiriləcək16.07.2026 - 07:41