Azərbaycan universitetlərinin məzunları beynəlxalq təhsil imkanlarından yararlanaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin Menecment ixtisası üzrə məzunu Nuranə Novruzova dünyanın nüfuzlu universitetlərindən magistratura təhsili üçün qəbul alıb.
Bildirilib ki, Nuranə bakalavr təhsili müddətində UNEC-in Universitet Daxili İki Diplom (UDİD) proqramında iştirak edib. O, bu proqram çərçivəsində İqtisadiyyat ixtisası üzrə ingilis dilində təhsil alaraq 4 illik təhsil müddətində həm Menecment, həm də İqtisadiyyat ixtisasları üzrə iki bakalavr diplomu əldə edib.
Məzun magistratura təhsili üçün Böyük Britaniya və Almaniyanın nüfuzlu universitetlərindən qəbul məktubları alıb.
Qəbul aldığı universitetlər sırasında:
University of Birmingham (Böyük Britaniya) – QS TOP 68;
University of Sheffield (Böyük Britaniya) – QS TOP 92;
Friedrich-Alexander-Universität Erlangen-Nürnberg (Almaniya) – QS TOP 232;
Julius-Maximilians-Universität Würzburg (Almaniya) – QS TOP 416 yer alır.

