Tələbələrin akademik inkişafının və peşə hazırlığının dəstəklənməsi məqsədilə müxtəlif təqaüd proqramları həyata keçirilir. Bu istiqamətdə hüquq sahəsində təhsil alan tələbələr üçün yeni imkan yaradılıb.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15 iyul 2026-cı il tarixli qərarına əsasən, Naxçıvan Dövlət Universitetinin (NDU) “Hüquqşünaslıq” ixtisasında təhsil alan 3 tələbəyə “Azərbaycan Vəkili” təqaüdü veriləcək.
Bildirilib ki, təqaüd proqramı hüquq təhsili alan tələbələrin dəstəklənməsinə, onların peşəkar inkişafına və gələcək fəaliyyətlərinə töhfə vermək məqsədi daşıyır.

