Ali məktəb seçimi mərhələsində yüksək nəticə göstərən abituriyentlər arasında Qarabağ Universitetinə maraq davam edir. Universitet yeni tədris imkanları və inkişaf perspektivləri ilə tələbələrin diqqətini cəlb edir.
“Tehsil365” xəbər verir ki, qəbul imtahanında 631,1 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Tamerlan Zeynalzadə Qarabağ Universitetini seçmək qərarına gəlib.
Qeyd edilib ki, yüksək nəticə göstərən abituriyent Qarabağ Universitetində təhsil alaraq akademik fəaliyyətini davam etdirmək niyyətindədir.
Universitet tərəfindən Tamerlan Zeynalzadəyə tələbəlik həyatında və gələcək təhsil yolunda uğurlar arzulanıb.

