Ali təhsil müəssisələri ilə sənaye qurumları arasında əməkdaşlıq yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr tələbələrin praktiki bacarıqlarının inkişafına imkan yaradır.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində bakalavr tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.
Bildirilib ki, müdafiədə AzTU-nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və nazirliyin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində tələbələrin hazırladıqları buraxılış işləri təqdim olunub və qiymətləndirilib.
Qeyd olunub ki, universitet-sənaye əməkdaşlığı çərçivəsində həyata keçirilən bu fəaliyyətlər müdafiə sənayesi üçün peşəkar və yüksəkixtisaslı mühəndislərin hazırlanmasına mühüm töhfə verir.

