Gənc istedadların inkişafına yönələn beynəlxalq proqramlar tələbələrə innovasiya, sahibkarlıq və texnologiya sahələrində yeni bilik və bacarıqlar qazanmaq imkanı yaradır.
“Tehsil365” xəbər verir ki, Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri texnologiya və innovasiya sahəsində perspektivli gənclər üçün nəzərdə tutulan VISTAR – Excellence Program in Entrepreneurship and Technological Innovation proqramına qəbul olunublar.
Bildirilib ki, seçilən tələbələr arasında Geologiya, geofizika və georesurslar proqramının tələbəsi Xeyransa Hüseynli, Kompüter elmləri ixtisası üzrə təhsil alan Əli Qasımov və Kimya mühəndisliyi tələbəsi Rüfət Cəbrayılov yer alıblar.
Qeyd edilib ki, VISTAR proqramı Azərbaycanın texnologiya və innovasiya sahəsində ən perspektivli gənc istedadlarının inkişafına yönəlmiş intensiv təlim proqramıdır.

