Elmi tədqiqatların inkişaf etdirilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə ali təhsil müəssisələrində yeni elmi mərkəzlərin yaradılması istiqamətində işlər davam etdirilir.
“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq.
Bildirilib ki, bununla bağlı qərar BDU-nun Elmi Şurasının iclasında qəbul edilib.

