Azərbaycan Dillər Universitetində (ADU) magistrantların dissertasiya müdafiələri təşkil olunub. Müdafiələr zamanı tələbələr apardıqları elmi-tədqiqat işlərinin nəticələrini təqdim ediblər.
“Tehsil365” xəbər verir ki, 060119 “Pedaqogika”, 060407 “Menecment” və 060409 “Biznesin idarə edilməsi” ixtisasları üzrə “Təhsildə qiymətləndirmə və monitorinq”, “Təlim və tədrisin təşkili və metodikası”, “Menecment (təhsilin təşkili və idarə olunması)” və “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmalarında təhsil alan magistrantların dissertasiya müdafiələri keçirilib.
08, 09, 13 və 14 iyul 2026-cı il tarixlərində baş tutan müdafiələrdə təqdim olunan işlər Elmi Şura üzvləri tərəfindən obyektivlik, şəffaflıq və akademik etika prinsipləri əsasında qiymətləndirilib.

