Ümumtəhsil müəssisələrində metodik dəstəyin gücləndirilməsi və pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə start verilib.
Təlimlərin əsas məqsədi metodist namizədlərinin metodiki və pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, ümumi təhsil müəssisələrində metodik işin daha səmərəli təşkilinə dəstək göstərməkdir. Proqram çərçivəsində iştirakçıların planlaşdırma, qiymətləndirmə, liderlik, idarəetmə və digər zəruri bacarıqlarının təkmilləşdirilməsi nəzərdə tutulur.

