Azərbaycan Tibb Universitetinin (ATU) bariatrik-metabolik cərrahiyyə sahəsində əldə etdiyi təcrübə beynəlxalq elmi platformada təqdim olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Tibb Universitetinin nümayəndələri beynəlxalq bariatrik-metabolik cərrahiyyə konqreslərində ölkəmizin bu sahədəki nailiyyətlərini təqdim ediblər. Təqdim olunan elmi işlər və praktiki təcrübə xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

