Təhsil 365 - Logo Mobile

Uğursuzluqdan sonra necə yenidən motivasiya toplaya bilərik? - Mirsadiq Muxtarov

23516.07.2026 - 15:53
Uğursuzluqdan sonra necə yenidən motivasiya toplaya bilərik? - Mirsadiq Muxtarov

“Müşahidələr göstərir ki, insanlar uğursuzluğu şəxsi dəyərsizliyin sübutu kimi deyil, inkişaf prosesinin bir hissəsi kimi qəbul etdikdə psixoloji dayanıqlıqları artır və yenidən fəaliyyətə başlama ehtimalları yüksəlir" bu sözləri Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov “Tehsil365”ə verdiyi açıqlamada qeyd edib.

“İlk öncə qeyd etmək lazımdır ki, uğursuzluq anlayışı həyatın təbii və qaçınılmaz hissəsidir. Psixologiyada uğursuzluq təkcə nəticə kimi deyil, həm də insanın özünü, bacarıqlarını və imkanlarını yenidən qiymətləndirməsinə şərait yaradan bir təcrübə kimi dəyərləndirilir. Buna görə də uğursuzluqdan sonra yenidən motivasiya toplamaq tamamilə mümkündür. Bunun üçün əsas şərt hadisəyə necə məna verməyimiz və onu necə şərh etməyimizdir. Müşahidələr göstərir ki, insanlar uğursuzluğu şəxsi dəyərsizliyin sübutu kimi deyil, inkişaf prosesinin bir hissəsi kimi qəbul etdikdə psixoloji dayanıqlılıqları artır və yenidən fəaliyyətə başlama ehtimalları yüksəlir. Uğursuzluğu dəyişdirilə bilən amillərlə əlaqələndirib, ondan nəticə çıxarmağa çalışdıqda motivasiyanı bərpa etmək daha asan olur. Motivasiyanın azalması da, uğursuzluqdan sonra normal psixoloji reaksiyadır. Belə vəziyyətdə özünü nəyəsə məcbur etmək əvəzinə, emosiyaları qəbul etmək, müəyyən müddət özünə vaxt vermək və daha sonra real məqsədlərlə yenidən fəaliyyətə başlamaq daha uyğun yanaşmadır. Biz unutmamalıyıq ki, kiçik uğurlar insanın özünə inamını tədricən bərpa edir və daxili motivasiyanı gücləndirə bilir. Önəmli amillərdən biri sosial dəstəkdir. Ailə üzvlərinin, dostların və ya həmkarların dəstəyi insanın uğursuzluğu daha sağlam şəkildə emal etməsinə kömək edir. Eyni zamanda, özünü başqaları ilə müqayisə etmək əvəzinə, fərdi inkişafına fokuslanmaq psixoloji rifah baxımından daha faydalıdır. Qeyd etmək lazımdır ki, motivasiya həm də davranış nəticəsində formalaşan bir prosesdir. İnsan çox vaxt motivasiya olunduğu üçün hərəkət etmir, əksinə, hərəkət etdikcə motivasiyası artır. Buna görə də ilk addımı atmaq, nə qədər kiçik olsa belə, motivasiyanın yenidən formalaşmasında mühüm rol oynayır. Bir nüansı da unutmaq olmaz ki, əgər uğursuzluq uzun müddət davam edən ümidsizlik, özünə inamın ciddi azalması, gündəlik fəaliyyətə marağın itməsi və ya depressiv əlamətlərlə müşayiət olunursa, bu zaman psixoloq dəstəyi almaq faydalı ola bilər. Vaxtında göstərilən psixoloji dəstək insanın mənfi düşüncə dövrlərini qırmasına və yeni hədəflərə daha sağlam şəkildə yönəlməsinə kömək edir. Dediklərimizi ümumiləşdirsək, uğursuzluq hansısa məqsədə qarşı son deyil, inkişaf yolunda vacib təcrübədir. Əsas məsələ uğursuzluğun insanı müəyyən etməsinə imkan verməmək, ondan nəticə çıxarmaq və əldə olunan təcrübəni gələcək uğurlar üçün resursa çevirməkdir. Psixoloji baxımdan dayanıqlı insanlar elə məhz uğursuzluğu inkişafa aparan mərhələ kimi qiymətləndirə bilən insanlardır.“

Psixoloq vurğulayıb ki, uğursuzluğu dəyişdirilə bilən amillərlə əlaqələndirmək vacibdir: "İnsan uğursuzluğu dəyişdirilə bilən amillərlə əlaqələndirib, ondan nəticə çıxarmağa çalışdıqda motivasiyanı bərpa etmək daha asan olur. Motivasiyanın azalması, əslində, uğursuzluqdan sonrakı normal psixoloji reaksiyadır".

Sonda Mirsadiq Muxtarov əlavə edib ki, əsas məsələ insanın özünü başqaları ilə müqayisə etməsi deyil, fərdi inkişafa, əksi fokuslanmasıdır: "Fərdi inkişafa fokuslanaraq və bundan faydalanaraq qərarlar qəbul etmək, uğursuzluq düşüncəsini geridə qoymağa kömək edir".

Ayşən Cəlilova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58